112
orada. Ümumiyyətlə, mən kəndə gedəndə
oradakı qohumlarım mənim üçün ağac
qabığı, budaq, çör-çöp yığırlar. Məsələn,
qoca çinarın qabığı və ya bataqlıqda bitən
qamışlar mənimçün ən qiymətli material-
dır. Qohumlarım deyirlər ki, camaat şə-
hərə qayıdanda özüylə gilas, mer-meyvə
aparır, sən nə aparırsan? O iki torba quru
ağac köklərindən, təxminən, 30-40 iş ha-
zırladım. İndi də hələ bir az durur.
Kağız salfetlərdən hazırlanan bu
işlər görənlərin o dəqiqə diqqətini
cəlb edir. Və ardı-arası kəsilməyən
sifarişlər başlanır. Pərvanə salfetləri
xammala çevirdiyi bu 4 il ərzində 800-
dək iş tamamlayıb.
— Onları neylədin?
— Hamısını satdım. İllah da gül bayra-
mı ərəfəsində evimdə hər tərəf gül olurdu.
Fikirləşirdm ki, ay Allah, mən ki bu cür
gözəlliyin içindəyəm, yəqin qocalmaram.
— Satmazdan əvvəl niyə sərgiyə çı-
xarmadın?
— Onda bilmirdim axı hara gedim.
Hara getmək lazım olduğunu Pər-
vanəyə Nahid göstərir. Nahid də
rəssamlıqla və tətbiqi sənətlə məş-
ğul olur. Qəhrəmanım onunla İçəri-
şəhərdə Novruz bayramı günlərində
keçirilən sərgidə tanış olur.
—Yadımadüşdüki,buoğlanı televi-
zorda görmüşəm. Çox fikirləşdim ki,
yaxınlaşım-yaxınlaşmayım. Axır ki
yaxınlaşdım. Nahid gözlədiyimdən
də yaxşı insan imiş. O, mənə hara
getmək lazım olduğunu dedi. Sonra
elə onun təklifi ilə növbəti Novruz
bayramı günlərində satış-sərgiyə
işlərimi çıxartdım, sonra Xarici dil-
lər Universitetində, onun ardınca
isə Şirvanşahlar sarayında sərgidə
oldum. Bir gün yenə Nahid zəng
vurdu ki, Türkmənistanda sərgi
olacaq, Mədəniyyət Nazirliyi özü
təşəbbüs göstərir. Dedi ki, mən gedə
bilmirəm, əvəzimə sən get. Əlbəttə
ki, dərhal razılaşdım. Amma nəsə
baş tutmadı. Bir aydan sonra Nahid
zəng vurub dedi ki, Qazaxıstana ge-
dirik, istəyirsənsə, sən də hazırlaş.
Nazirlik artıq mənim işlərimi gör-
müşdü, çox bəyənmişdilər.
1...,104,105,106,107,108,109,110,111,112,113 115,116,117,118,119,120,121,122,123,124,...204