101
“Gəncədə çini qablar zavodundan çıxan-
dan sonra Bakıda saxsı qablar zavodunda
işə düzəldim. Həm zavodda işləyirdim, həm
də burada bir otaqda emalatxana yaradıb öz
müəllif işlərimi hazırlayırdım. Gördüyünüz
bu emalatxana da o vaxtdan qalıb”.
Usta gildən qab hazırlanmasından tutmuş,
onların rənglənməsinə qədər bütün işləri
özü görür. Dulusçuluqda ilk material gildir.
Gillər rəngli ola bilər. Dulusçuluqda əsasən
ağ və qırmızı gildən istifadə edilir: “Maddi
baxımdan yanaşanda hazır gil məhsullar al-
maq daha sərfəlidir. Çünki gil qabları tək–
tək hazırlamaq baha başa gəlir. Zavodda bir
məhsul kütləvi istehsal olunduğuna görə,
maya dəyəri aşağı düşür, sərf edir. Mənsə
balaca qəliblərdə bir-iki qab düzəldə bilirəm.
Ona görə də sənətimin həm fəhləsiyəm, həm
də rəssamı.”
Xüsusi qəliblər vasitəsilə gildən müxtəlif
formalı əşyalar hazırlamaq olar. Gilə
istənilən forma verilir, sonra isə o bişirilir:
“Xüsu­si formaya salınmış gili əvvəlcə 1150,
üstü­nə şəffaf şirə vurulandan sonra isə 1100
dərəcədə bişiririk. Sonra üzərinə rəsm çəkir,
bəzəyir, iki dəfə də 800 dərəcədə bişiririk.
Əgər üstü bəzənmiş gil qab lazımi dərəcədə
bişməsə, tez zamanda ovulub töküləcək.”
Usta deyir ki, keramika boyaları əldə
etmək çox müşkül məsələdir. Azərbaycanda
belə boyalar satılmır. Sənətkarlar bu boyala-
rı xarici ölkələrdən əldə edirlər. Saxsı üçün
nəzərdə tutulmuş boyalar digər boyalara
bənzəmir. Bu boyalar yüksək temperaturda
rəngini itirməməlidir. Saxsı məmulatların
rənglənməsində şəffaf, rəngli şirələrdən,
şirəaltı və şirəüstü boyalardan da istifadə
edilir.
Saleh müəllimin sözlərinə görə, kerami-
kada istifadə edilən digər vasitələr də bizdə
1...,93,94,95,96,97,98,99,100,101,102 104,105,106,107,108,109,110,111,112,113,...204