111
Hə, indisə keçək əsas məsələyə. Bayaq yuxarı-
da ağzımdan qaçırmışdım ki, Pərvanənin daha
bir özəl bacarığı var. Əslində, bu söhbətimiz elə
həmin o özəllik barədə danışmaq niyyəti güdür.
Qısası, Pərvanə həmdə tətbiqi sənətləməşğuldur.
Və maraqlısı budur ki, onun predmeti, xammalı
bizə yalnız süfrə arxasında lazım olan, məişətdə
istifadə etdiyimiz adi kağız salfetlərdir.
—Pərvanə, boyan, yoxsa nəyin qurtarmışdı ki, salfetə keçdin? Yoxsa bunu haradasa görmüş-
dün?
—Uşaqlıqdan çətin tapşırıqları xoşlayıram. İstəyirəm mənə başqalarının bacara bilmədiyi, qeyri-mümkün
işlər tapşırılsın. Rəsm çəkəndə hər dəfə fikirləşirdim ki, ay Allah, mən neyləyim ki, bu şəklə həcm verim?
Gül çəkməyi çox sevirəm. Ona həcm də verə bilsəydim, lap ürəyimcə olardı. Amma necə? Parçadan etmək
istəmirdim. Çünki parçadan hamı istifadə edirdi. Həm də istəyirdim heç kimin indiyədək etmədiyi bir şey ol-
sun. Nəsə, axır ki, bunu tapdım. Alındı. Və başlandı. Birinci günəbaxan düzəltdim.
— Tumları da salfetdən düzəltdin?
— Yox. Tumları əsl tumlar idi, amma çiçəkləri kağız salfetdən hazırlamışdım. O tumları bir-bir düzdükcə,
fikirləşirdim ki, ilahi, səndə necə böyük səbr var imiş – bu qədər gözəl aləm yaratmısan bizim üçün. Səbrimi
basa-basa yığıb qurtardım. İşlədikcə də, yeni üsullar tapırdım.
— Məsələn, bu, perqament kağızdır. Lak vurulmazdan
əvvəl kağız, daha çox, təzə çıxan laləyə bənzəyirdi. Yəqin,
görmüsünüz, lalə təzə açanda ləçəkləri qırış-qırış olur axı.
Lak vurandan sonra açıldı bir az. Bu işlərimdə əsasən,
salfetdən, kağızdan, bir də quru budaqlardan istifadə
edirəm. Bir dəfə Qubaya getmişdim. Çay daşmışdı, ağac-
ların kökü çöldə qalmışdı. Mən də ora gedəndə bilmirdim
belə bir şey görə bilərəm, özümlə heç kəsici alət
də götürməmişəm. Düşdüm çayın qırağına,
iki torba çör-çöp yığdım. Torbaları doldurub
gətirib qoydum oturduğum yerə, qayıdanda
gördüm ki, yerə töküblər. Bir də doldurdum,
gördüm yenə töküblər. Təzədən torbaya yığan-
da bir də gördüm qoca bir arvad deyir ki, bəs ay
qızım, elə bildim zibildir, kimsə gətirib qoyub
bura. Qubadan Bakıya iki böyük torba çör-çöp
gətirdim. Yadımdadır, ayağm da burxulmuşdu
Uşaqlıqdan çətin
tapşırıqları xoşlayıram
Kağız salfetdən olan
“Lalələr”i mənə göstərir
1...,103,104,105,106,107,108,109,110,111,112 114,115,116,117,118,119,120,121,122,123,...204