Onunla söhbət əsnasında bir az uzaqlara
boylandıq. Saleh müəllimin atası da rəssam
olub: “Atam teatr rəssamı idi, Gəncə Teatrında
işləyirdi. Ona görə də elə uşaqlıqdan rəs­sam­
ların əhatəsində, rəssamlığın ecazkar mühi­
tində böyümüşəm. Onun rəssamı olduğu ta­
maşaların hamısının premyerasına baxmışam.
Amma heç vaxt teatr rəssamlığına xüsusi
həvəsim olmayıb. Mən öz yolumu seçdim. Peş-
man da deyiləm. Keramika mənim həyatımdır.
Bilmirəm niyə məhz bu sənəti seçdim.
Bəlkə, keramika özündə həm heykəltəraşlığı,
həm də rəssamlığı birləşdirdiyi üçün məni bu
qədər özünə cəlb edə bilib. Bir neçə dəfə başqa
sahələrdə işləmək şansım olub. Amma mən heç
vaxt bu sənətdən ayrılmaq istəməmişəm. Başqa
ixtisaslar üzrə təhsil alıb, sonra Rəssamlıq Aka-
demiyasına gələn insanlar görmüşəm. Amma
rəssamlıqda oxuyub sonra ixtisasını dəyişən
adama heç vaxt rast gəlməmişəm. İncəsənət
elə bir şeydir ki, hər bir insana uşaq vaxtı vergi
kimi verilir. Çünki incəsənət ünsiyyət növüdür.
Kimi danışaraq ünsiyyət qurur, kimi də rəsm
əsəri çəkərək. Sadəcə, sənə bəxşiş kimi verilən
bu istedadı cilalamağı bacarmaq lazımdır”.
100
1...,92,93,94,95,96,97,98,99,100,101 103,104,105,106,107,108,109,110,111,112,...204