113
— Sərgiyə rəsmlərini də çıxarırsan, yoxsa yal-
nız salfetlə olan işlərini?
— Yox, rəsmlərimi sərgiyə çıxarmıram. Kağızlar-
la, salfetlə işlərimə görə gedirəm sərgiyə. Azərbay-
canda kağız salfetlə işləyən ikinci adam tanımıram.
Bu, mənim öz ideyamdır, bunun yollarını aylarla
fikirləşib özüm tapmışam. Hələ ki hara aparmışam-
sa, maraq görmüşəm. İlk baxışdan heç kim inana
bilməyib ki, bu, məişətdə işlətdiyimiz adi salfetdir.
—Adi, 40 qəpiklik salfet? (40 qəpik, təxminən
50 sentə bərabərdir—red)
—Aha.
— Orta ölçülü bir işə, təxminən, nə qəqər sal-
fet gedir?
— Yarım dəst. İkisinə bir dəst.
— Salfetləri akvarellə rəngləyirsən?
— Yox. Taxta rəngindən istifadə edirəm. Akvarel
yaxşı götürmür.
— Yalnız taxta boyası?
— Yox, bəzən qarışdırıram. Quaşdan da istifadə
eləyirəm, hərdən akrildən də. İşə baxır.
— Həcmcə bundan böyük işin olub?
— Bir dəfə, bax bu gördüyün türk ağacından
işləmişəm – 3 metr eni, 3 metr uzunu.
Bütöv divar boyda. Məktəblərdən biri
sifariş vermişdi. Getdim dükana. Bir
maşın salfet və lazım olan digər şeyləri
aldıq. Taksiyə oturub gələndə yolda
məni bir qorxu bürüdü ki, ilahi, mən
neyləyirəm, ömrümdə hələ bu həcmdə
iş görməmişəm. Gəldim evə. Yoldaşım
o boyda yekə dikləri, salfetləri daşı-
dı səkkizinci mərtəbəyə. Bacıma zəng
vurdum ki, belə bir iş götürmüşəm,
amma qorxuram. O, mənə ürək-dirək
verdi. Türk ağacını 18 günə düzəltdim.
Bütöv divarı tutdu. Hissə-hissə hazır-
layıb çərçivəyə saldım. Sonra aparıb
məktəbdə tamamladım. Çünki evdə lak-
lasaydım, iyindən evə girə bilməzdik.
— Lak nə üçün lazımdır?
— Əvvəla, ona görə ki, kağızdır, korlana bilər, lak
onun ömrünü uzadır, həm də tozlananda tozunu
silmək rahat olur. Üstəlik, parıltı verir, təsadüfən su
düşüb-edəndə də korlanmır.
— Səbrli adamsan.
— Bu işdə səbrli olmadınsa, heç nə alınmayacaq.
—Amma yaxşı ki materialların baha deyil. 40
qəpiklik salfetlə işləyirsən. Bəs neçəyə satır-
san? Məsələn, bax bu gilas səbətinin qiyməti
neçəyədir?
— Soruşanda 200 manat deyirəm. Özüm baha
deyirəm ki, almasınlar. Çünki nümunədir.
—Pərvanə, bu sənətdən bir umacağın var? Bu,
səni varlandırmalıdır, yoxsa məşhur etməlidir
– necə bilirsən?
— Heç vaxt pul dalınca qaçmamışam. İşimi də
həmişə ucuz vermişəm. Amma təkrarsız olduğuna
görə, əlbəttə, istəyirəm bu işlərimi hamı görsün, hamı
bilsin. Çünki böyük əziyyətə başa gəlir.
— Kiməsə öyrətmək istərdin?
—Akvareli də, yağlı boyanı da uşaqlara öyrədirəm.
Bunu isə hələlik yalnız qızıma öyrətmişəm. Tərslikdən
Kağız salfetlə
işləyən ikinci
adam tanımıram
1...,105,106,107,108,109,110,111,112,113,114 116,117,118,119,120,121,122,123,124,125,...204