satılmır. Ona görə də bu gün Azərbaycanda çox az adam kera-
mika ilə məşğul olur: “Bu işlə peşəkarcasına məşğul olan çox
az adam tanıyıram. Çünki saxsı ilə işləmək çox çətindir. Niyə
hamı rəngkarlıqla məşğul olur? Ona görə ki, rəngkarlıqda
istifadə edilən materiallar Azərbaycan bazarında satılır. Bakı-
dakı bir neçə mağaza kətan, boya, yağlar, fırçalar satışı üzrə
ixtisaslaşıb. Keramika isə sənayedir. Sobalar, xüsusi gillər, xü-
susi boyalar, fırçalar, yağlar lazımdır.”
Salehmüəllimin emalatxanasında olanda pəncərədə qoyulan
və günəşin şüaları altında parıldayan şüşə üzərində rəsmlər
diqqətimi çəkdi: “Şüşə üzərində bir-iki rəsm əsəri çəkmişəm.
Amma bu işi davam etdirmədim. Çünki şüşə ilə işləməyin
texnologiyası tamam başqadır. Onunla peşəkarcasına məşğul
olmaq üçün ayrıca soba, xüsusi şərait lazımdır. Keramikada
istifadə olunan sobalar şüşə üçün əlverişli deyil.”
Usta min bir əziyyətlə düzəltdiyi saxsı əsərlərin hamısını çox
sevir, onları bir-birindən ayırmır. Elə buna görə də heç birinə
ad qoymur. Ustanın saxsıdan hazırladığı çaydanlar, fincan-
lar, güldanlar, boşqablar göz oxşayır: “Onların üzərinə naxış
vurmağı sevirəm. Ümumiyyətlə, dekorativ əşyalara böyük
marağım var. Nə hazırlayacağımı, hansı rənglərdən istifadə
edəcəyimi əvvəlcədən planlaşdırmıram. O, mənim əhvali–
ruhiyyəmdən asılı olur. Bir əşya ilə üç gündən artıq məşğul
ola bilmirəm.”
Saleh müəllim deyir ki, sifarişlə işləmir. Hazırladığı
məhsulları əksər hallarda suvenir salonlarına verir: “Əfsus
ki, bu gun suvenir bazarını Çin istehsalı olan məhsullar zəbt
edib. Amma bu çinlilərin yox, bizim problemimizdir. Bizim
iş adamları onlara müraciət edib, çox ucuz qiymətə məhsul
istehsal etdirirlər. Düzdür, onların qiyməti ucuzdur. Amma
o məhsulların çoxu keramikadan olmur. Bu da yazılır bizim
adımıza.”
Saxsı əşyaların saxtalığını müəyyən etmək isə çox asandır.
Bunu bizə usta öyrədəcək: “Bıçaqla əşyanı qaşıyın. Ya da külü
əşyanın üzərində söndürün. Əgər keramika deyilsə, onun gili
əriyəcək, ovulacaq, korlanacaq. Əsl keramika heç vaxt yum-
şalmır, ərimir, korlanmır. Onu 1100 dərəcədə bişirirəmsə, necə
yumşala bilər?”
1955-ci ildə Gəncə
şəhərində anadan olan Sa-
leh Məmmədov 1970-74- cü
illərdə Məhsəti Gəncəvi
adına Gəncə Pedaqo-
ji Məktəbində “Rəsm və
rəsmxətin tədrisi” ixtisa-
sı üzrə təhsil alıb. 1985-ci
ildə şüşə-keramika ixtisası
üzrə V. Muxin adına Le-
ninqrad (hazırda Sanktpe-
terburq.—red.) Ali Bədii-
Sənaye Məktəbini bitirib.
1985-1996- cı illərdə Gəncə
çini qablar zavodunda apa-
rıcı rəssam – baş rəssam
müavini, bədii laboratori-
yanın rəhbəri olub. 2000-ci
illərdə Bakı saxsı qablar
zavodunda çalışıb. 1987-ci
ildən SSRİ və Azərbaycan
Rəssamlar İttifaqının ,
1997- ci ildən isə Azərbaycan
Dizaynerlər İttifaqının üz-
vüdür. 2009-cu ildə Bakı
şəhərində keçirilən deko-
rativ- tətbiqi sənət festi-
valında uğurlu iştirakına
görə Bakı şəhər Mədəniyyət
və Turizm idarəsinin Fəxri
Fərmanı ilə təltif edilib.
2002- ci ildən Azərbaycan
Dövlət Rəssamlıq Akademi-
yasının “Dekorativ-tətbiqi
sənət “kafedrasının baş
müəllimidir. Eləcə də bir
neçə elmi-metodiki vəsaitin
və fənn proqramlarının
müəllifidir.
102
1...,94,95,96,97,98,99,100,101,102,103 105,106,107,108,109,110,111,112,113,114,...204