108
Pərvanə Eyyubovanın izinə onun çəkdiyi rəsmlərlə düşdük.
Və bu rəsmlər onun daha bir özəl qabiliyyətini, bacarığını bi-
zim üçün açıqladı. Bu barədə bir qədər sonra. Hələliksə...
— İkinci sinifdən başlamışam şəkil çəkməyə. Bəlkə, ondan da əvvəl.
Amma o vaxtım yadımdadır. Rəsm dərsində kitabda bir şəkil gör-
müşdüm. Eynilə ondan birini dəftərimə çəkdim. Çəkdiyim özü-
mün də xoşuma gəldi. Onda əmim sağ idi. Ona göstərdim. Baxdı,
çox xoşuna gəldi. Ümumiyyətlə, məni hər işə əmim ruhlandırırdı.
Birinci şeirimi yazanda da, birinci rəsmimi çəkəndə də o, mənim
tərəfimdə olub. Əmim oxumuş adam idi, mənim valideynlərim isə
ali təhsil almamışdılar. Onlar mənimlə heç maraqlanmırdılar da.
Heç soruşmurdular ki, dərsimi oxumuşam, ya yox. O vaxtdan hər
gün çəkməyə başladım.
Yaddan çıxmamış deyim ki, Pərvanənin əmisi istedad-
lı telejurnalist, şair, publisist Alı Mustafayevdir. Alı Mus-
tafayev iş başında olarkən, Azərbaycanın sülhməramlı
nümayəndələrinin uçduğu vertolyotda onlarla birgə Dağlıq
Qarabağ ərazisində erməni mərmisinə tuş gəlmiş, şəhid ol-
muşdur. Ölümündən bir il sonra ona “Azərbaycanın Milli
Qəhrəmanı” adı verilmişdir.
Maraqlı budur ki, Pərvanə bu işin nəzəriyyəsini orta
təhsilini başa vurduqdan düz 16 il sonra öyrənməyə başla-
yıb. Həmin vaxtadək onlarla sanballı rəsm işləyən rəssam hər
şeyi özü təkbaşına öyrənib.
— Akvareli ilk işlətdiyim, gördüyüm andan sevirəm, heç bir rəngi
ona tay tuta bilmərəm. Akvarel təbiiliyə, canlılığa, fotoya yaxındır.
Nə bilm, akvarellə işləyəndə gözümə hər şey tamam başqa çür görü-
nür. Akvareli bir aya öyrənmişəm. Heç bir müəllimim olmayıb. Kim
idi məni müəllim yanına qoyan? Məni heç oxutmaq istəmirdilər.
Deyirdilər ki, rəssam nədir? Amma mən fikirləşirəm ki, rəssamlıq elə
əsl qadın sənətidir. Çəkdiklərimi seyr etdikcə, əsəbi durumdayamsa,
Valideynlərim
mənimlə
maraqlanmırdılar
1...,100,101,102,103,104,105,106,107,108,109 111,112,113,114,115,116,117,118,119,120,...204