37
qəfəslərə bölünür və kompozisiya yelənlə əhatə
edilir. Zili üzərində həyat ağacı və həndəsi naxışlar
büsbütün abstrakt zoomorf təsvirlərlə toxunur. İki-
başlı əfsanəvi quşlardan ibarət motivlərdə ənənəyə
görə bir bədən toxunur. Şərq xalqları arasında quş
ilahi-rəmzi məna daşıyır. Bu motiv mistik dünya-
nın elçisi, ruhları əbədi həyata qovuşduran rəmzdir.
Quş simvolu, həmçinin də türk xalqlarının sim-
volu sayılır. İyirmi dörd boydan ibarət oğuzların
hər birinin bayquşdan qartaladək müxtəlif quş ob-
razları şəklində damğaları olmuşdur.
Zili xalçası üzərində toxunan quşlar isə, bir qay-
da olaraq, bir bədən və iki başdan ibarət olurlar.
Onlar hər iki dünyanın təmsilçisi, dualist fikirlərin
rəmzi sayılır. Eyni müqəddəs mövzu İslam dinində
də mövcud idi. Bu dövrdə quş cənnətin rəmzi sa-
yılırdı. Yenə də ruhun bədəndən çıxması quşa
bənzədilirdi.
Zili, həmçinin çeşidli konstruktiv quruluşa ma-
lik olan ağac motivləri ilə də zəngindir. Ağac çox
qədim zamanlardan həyatın əbədiliyini təmsil
edib. Ağacın kökü qaranlıq məkanı–insanın dün-
yaya gəlişinə, gövdəsi – onun ömür sürdüyü za-
man kəsiyinə, budaqları isə insanın dünyanı tərk
edib əbədiyyətə qovuşmasına nişanədir. Zililər çox
zaman “buta” elementləri ilə də bəzədilir. Qədim
tarixə malik olan “buta” naxışı Abşeron xalça
məktəbinin bədii ənənələrini bir çox xalçalarda təmsil edir.
Beləliklə, zili büsbütün yaranış və əbədiyyət, mistik və
dualistik fikirlərlə bağlı sirli kompozisiyaya malikdir. Bu
müqəddəs məkanı əhatə edən haşiyə zolağının isə qoruyu-
cu əhəmiyyəti vardır. O pak, müqəddəs məkanı bütün bəd
qüvvələrdən və nəzərdən qoruyur.
Bakı kilimləri isə öz isti koloriti, yununun zərif emalı
və toxunuşu ilə seçilir. Üfüqi zolaqlar üzərində toxunan
həndəsiləşdirilmiş “kilimgülü” elementi çox məşhurdur.
Bu növ xovsuz xalçadan döşənək və pərdə kimi istifadə
edilmişdir. Üzərindəki kiçik məsamələrdən içəri süzülən
həzin işıq kilimdən pərdə kimi istifadəni əvəzsiz edirdi.
Abşeronməişətində geniş yayılmış çul, xurcun, heybə, duz
torbası, xaral, ləmə qabağı, məfrəş kimi xalça məmulatları
da cecim və kilim xovsuz xalçalarının texnoloji üslubunda-
dır. Tünd-sumağı, mavi, sürməyi, şəkəri, açıq-qəhvəyi rəng
çalarları və incə toxunuş, zərif yun bu məmulatları digər
bölgələrə məxsus nümunələrdən fərqləndirir.
Dolğun tarixi köklərə bağlı olan Abşeron xalça naxışları
ilə bu məktəbə xas isti rəng ahəngi arasında olan vəhdət
toxucuların qədimdən formalaşmış yüksək bədii-estetik
duyumuna sübutdur.
2.
3.
1...,29,30,31,32,33,34,35,36,37,38 40,41,42,43,44,45,46,47,48,49,...204