36
yelən zolağı üzərində cərgə ilə ardıcıl toxunur. Bu
qəfəslər də, öz növbəsində, mürəkkəb stilizə edilmiş
naxışlarla bəzədilir. Ümumilikdə ərəb kalliqrafik yazı
tərzini xatırladan bu zolaq zəncirə xarakteri daşıyır.
Mənşəyi müqəddəs dini yazılar və ya surələrdən alı-
nan bu haşiyə zolağına memarlıqda da rast gəlmək
olar. Sonrakı əsrlərdə bu yazılar bir sıra quruluş
dəyişikliyinə məruz qalmışdır. Xalçalar üzərində bu
növ haşiyə zolağına Bakı, Şirvan və Quba toxuculuq
qruplarında bu gün də tez-tez rast gəlinir.
Bakı xalça məktəbində toxunan “Palaz”, “Kilim”,
“Zili” xovsuz xalçalarını bəzəyən dolanbac, düz xətt,
romb, qarmaqlı və başqa həndəsi formalı elementlər
“kilimgülü”, ağac, əfsanəvi quş və heyvan motivləri
fərdi təsvir üslubları ilə seçilirlər. Bu naxışlar
bütövlükdə əbədiyyətlə bağlı hisslər, duyğular dün-
yasının xalılar üzərində bədii inikasıdır.
Öz zəngin naxışlar sistemi ilə tanınan və əsasən Ab-
şeronun Qobu kəndində toxunan “Çiyi palaz” xovsuz
xalçası yalnız Bakı toxucuları arasında peşəkarlıqla
icra edilib. Alabəzək zolaqlar üzərində toxunan sınıq
xətlər, romblar, xaçabənzər və çarpaz “X” elementlər
Qobu palazları üçün xarakterikdir. Palaz–xovsuz xal-
çaların ən ibtidai növüdür. Bir qayda olaraq, bu xal-
çalarda ara sahə haşiyə zolağı ilə əhatə edilmir. Ab-
şeron əhalisi palazlardan məişətdə geniş istifadə edir.
Döşənək kimi yerə, taxt üstünə və kürsüyə salınan
palazlar əvəzolunmazdır.
Palaz xovsuz xalçasını üfüqi istiqamətdə toxunan
mavi, sürməyi, qırmızı, sarı, yaşıl rəngli enli və ensiz
zolaqlar bəzəyir. Bu enli zolaqlar üzərində toxunan
bəzək elementləri xalçada toxunmazdan daha öncə
neçə min il əvvəl qaya, saxsı, metal məmulatlarda
həkk edilib, əcdadlarımızın qədim təsəvvürləri ilə
bağlı olub.
Zili–xovsuz xalçaların ən geniş yayılmış növüdür.
Azərbaycanın digər xalça məktəblərində zili istehsal
edilsə də, Bakı məktəbində, əsasən, Xızı bölgəsində
toxunan zililər özəl kompozisiya quruluşuna və na-
xışlara malikdir. Ara sahə böyük damalar şəklində
1.
Məfrəş üzü. Yun. Xovsuz. XVIII əsrin sonu. Bakı qrupu. Azərbaycan.
2.
Zili. Yun. Xovsuz. 185x137. 1996-cı il. Bakı qrupu. Azərbaycan.
3.
Məfrəş fraqmenti. 1850-ci il. Bakı qrupu. Azərbaycan.
1.
1...,28,29,30,31,32,33,34,35,36,37 39,40,41,42,43,44,45,46,47,48,...204