72
O, həmişə özünə qarşı sərt və tələbkar
olub. Əsərlərində yaratdığı obrazlar
mütləq təsəvvüründə canlandırdığı
kimi olmalıydı. Əks halda həmin xalça
sənətkarın gözündən düşürdü. Onun
istəklərindən biri Nizami Gəncəvinin port-
retini toxumaq idi. Qəribədir ki, arzusun-
da olduğu bu portretin üzərində dəfələrlə
işləməsinə baxmayaraq, ürəyinə yatan,
daxili hisslərini əks etdirən əsər yarada
bilmir. Qərar amansız olur — toxuduğu
xalçanı kəsib ikiyə bölür. Hazırda həmin
xalçanın hissələri sənatkarın adını daşayan
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət muzeyinin fondunda saxlanılır.
“Buta” naxış elementini Lətif
Kərimov həddən artıq çox sevir-
di. O, bu sevgisindən hamıya —
şagirdlərinə, tələbələrinə, xarici
ölkələrdən gələn tədqiqatçılara danı-
şırdı. Onun “butalar”ın əks olundu-
ğu onlarla əl işi var. “Nəvə-nəticəli
buta”, “Xeyir və Şər”, “Butabəndlik”
kompozisiyası, “Dilikli butalar”,
“Çiçəkli buta”, “Pambıq” kimi
əsərlərində sənətkar “buta”nı
müxtəlif məzmunlarda yarada bilib.
Lətif Kərimov ənənələrə çox sadiq
idi. Şagirdlərinə, xalçaçılara həmişə
ənənələrə hörmətlə yanaşmağı, on-
larla hesablaşmağı aşılayardı.
İkiyə bölünmüş portret
Butaya məşhurluq gətirən insan
Xalça. "Şəbi-Hicran". 1975-ci il.
Lətif Kərimovun eskizi əsasında toxunub.
1...,64,65,66,67,68,69,70,71,72,73 75,76,77,78,79,80,81,82,83,84,...204