73
Onun bəxti ailə həyatında da gətirmişdi.
Şövkət xanım uzun, birgə ailə həyatında
sənətkara səbrlə, sevgiylə yanaşır, onun rahat
işləməsi üçün hər cür şəraiti yaradırdı. Şövkət
xanım onun həyatda ən böyük dəstəkçisi idi.
Vaz keçə bilmədiyi ilhamverici mənbəyi isə Şuşa
idi. Harda olursa-olsun, həmişə Şuşanın havası
üçün darıxırdı.
L. Kərimov 1945-ci ildə Azərbaycan Elmlər
Akademiyasının dekorativ-tətbiqi sənət şöbəsinə
rəhbərlik etməyə başlayıb. Bütün dünyada Şərq,
Azərbaycan xalçaları, dekorativ sənət bilicisi
kimi şöhrətlənən ustadın yanına Avropadan,
Asiyadan, Amerikadan məsləhətə gəlirdilər.
Azərbaycan xalçası günü-gündən dünyada
daha da məşhurlaşır, sevilir, tələb olunurdu. Bu
səbəbdən də YUNESKO Şərq xalça sənətinə həsr
olunmuş Beynəlxalq simpoziumu məhz Bakıda
keçirdi. Geniş miqyaslı tədbirin ideyası Lətif
Kərimova məxsus idi. Bununla da ustad arzusu-
na çatdı—beynəlxalq simpoziumda Azərbaycan
xalçasının özünəməxsusluğu bir daha bütün
dünyada sübuta yetdi. Sənətkarın daha bir arzu-
su vardı, içində illərdir yaşatdığı, xəyalını qur-
duğu, hər gün addım-addım can atdığı arzusu...
Bu arzu nəhayət ki, 1967-ci ildə həyata keçir —
Azərbaycan Xalçası Dövlət Muzeyinin yaradıl-
ması ilə bağlı qərar verilir. Hazırda Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi
yaradıcısı olan Lətif Kərimovun adını daşıyır və
xalça eksponatlarının sayına görə bütün dünya-
da birinci yerdə durur.
Bu böyük ustad 1950-ci ildə SSRİ Dövlət mü-
kafatına layiq görülüb, həmin il Azərbaycan xal-
çasına həsr olunmuş namizədlik dissertasiyasını
müdafiə edib, 1955-ci ildə əməkdar incəsənət xa-
dimi, beş il sonra isə Azərbaycanın xalq rəssamı
fəxri adlarına, orden və medallara layiq görülüb.
1991-ci il sentyabrın 8-də Azərbaycanın böyük
ustadı əbədiyyətə qovuşdu. Onun incəsənət və
xalçaçılıq sahəsində gördüyü saysız-hesabsız
işləri, yenilikləri, özünəməxsus dəst-xətti isə
tarixə yazıldı, gələcək nəsillərə ötürüldü.
(Yazının hazırlanmasında R.Tağıyevanın "Lətif Kərimov feno-
meni. Bakı, 2006" kitabından istifadə edilmişdir.)
Ən böyük dəstəyi həyat yoldaşı idi
Xalça eskizi. "Xətai". 1985-ci il. Rəssam: Lətif Kərimov.
Xalça. "Dəryanur". 1934-cü il.
Lətif Kərimovun eskizi əsasında toxunub.
1...,65,66,67,68,69,70,71,72,73,74 76,77,78,79,80,81,82,83,84,85,...204