110
İkihörgüclü dəvə cinsindən məlumat verən
ən qədim tapıntı eneolitin sonuna, yəni e.ə. IV
minilliyin axırlarına aid Cənubi Azərbaycanın
Şahtəpə, Türkmənistanın Anau və Koksuyur
adlanan arxeoloji abidələrindən tapılan osteoloji
materiallardır. Əldə olunmuş osteoloji tapıntılar
yüksək inkişaf səviyyəsi keçmiş ev dəvəsinə aid-
dir.
Arxeoloji tapıntılar e.ə. III minilliyin sonunda
Qafqazda, o cümlədən Şimali Azərbaycanda iki-
hörgüclü dəvə cinsinin əhliləşdirilməsi və dün-
yaya yayılmasını türk-monqol mədəniyyətinin
nailiyyəti hesab edirlər. Dünyanın bir
çox xalqları dəvə ilə türk tayfaları
vasitəsilə tanış olmuşlar.
Dəvənin
əhliləşdirilməsi
dövrü üçün böyük bir
çevriliş idi. O, insanla-
ra nəinki digər ev hey-
vanları ilə müqayisədə
daha cox ət, süd, yun,
gön istehsal etməyə
imkan verdi, eləcə də
ölkənin daxili və xarici
ticarət əlaqələrini can-
landıraraq, xalqlar ara-
sında
iqtisadi-mədəni
əlaqələri
sürətləndirdi.
Akademik B. Budaqov yazır
ki, dəvələrin əhliləşdirilməsi
son əsrlərdə öz əhəmiyyətinə görə
yük maşınlarının icad olunmasına bərabər
hadisə kimi qiymətləndirilməlidir. Dəvələr
min illər ərzində böyük ərazilərdə nəinki
ətçiliyin, südçülüyün, toxuculuğun inkişafı-
na, həm də ticarətin dirçəlməsinə, iqtisadi və
mədəni əlaqələrin artmasına, əhalinin miqra-
siyasına böyük təkan vermişdir. Buna görə də
dəvələrin əhliləşdirilməsindən sonra insanlar
onların şəkillərini qayalara həkk etmiş, döşdən
asmaq üçün dəvə formasında medalyonlar
düzəltmişlər.
XIX əsrin son rübündə dəmiryolu və neft
kəmərləri çəkilənə qədər Azərbaycanda
dəvəçilik yüksələn xətlə inkişaf etmişdir. Emp-
rik xalq seleksiyası üsulu ilə müstəqil dəvə cins
və növləri yaradılmışdır. Azərbaycan dilində
müstəqil cinslərdən iki hörgüclü dəvənin erkəyi
buğur, dişisi haça maya, bir hörgüclü dəvənin
erkəyi lök, dişisi arvana adlanır. Bu cinslərdən
arvananın buğurla, haçamayanın löklə
cütləşməsindən alınan
nəslin erkəyi nər, di-
şisi Azərbaycan
dilinin ayrı-ayrı
di a l ek t ­l ər i ndə
nər maya, bütöv
maya və pəsərək
maya
adla-
nır. Bu cins iş
qabiliyyətinə və
məh­sul­dar­lığına
gö­rə ən yüksək
gös­təriciyə malik
olur. Lakin bu-
ğurun mələz cins­
lərdən nər maya ilə,
nərin haça maya, bütöv
maya ilə, eləcə də arvana
ilə cütləşməsindən alınan nəslin
erkəyi balxı, dişisi car-car maya, mayagöyün və
ya gəz adlanır. Bu dəvələr əsasən birhörgüclü
olur, məhsuldarlıqları və iş qabiliyyəti də aşağı-
dır.
Azərbaycanda dəvəçiliyin tarixən iki sahəsi
olmuşdur: çarvadar dəvəçiliyi, maldarlıq və
əkinçiliklə müştərək qurulmuş dəvəçilik. Çar-
vadar dəvəçiliyi əsasən Azərbaycanın İrəvan və
1...,102,103,104,105,106,107,108,109,110,111 113,114,115,116,117,118,119,120,121,122,...147