109
Azərbaycan mədəniyyətinin ən dərin qatlarını araşdırdıqca onun
sosial-iqtisadi inkişafında dəvəçiliyin tarixən mühüm rol oynadığı
aşkar olur. Dəvəçi, Lökbatan, Lök qalası, dəvə damı, dəvə küfülü,
çarvadar məhəlləsi, dəvəçi oymağı və s. toponimlər, Karvanqıran
kosmonimi, dəvə ilə bağlı inam və etiqadlar, mif, rəvayət, əfsanə,
nağıl və başqa folklor nümunələri, qaya rəsmləri, dəvə heykəlləri,
dəvə pirləri, xalça, kilim, nəmənd və əl tikmə işlərinə həkk olunmuş
şəkillər göstərir ki, dəvə xalqımızın maddi və mənəvi yaradıcılığı-
nın bütün sahələrinə nüfuz etmişdir.
Arxeologiya elminin son nailiyyətləri Azərbay­canın dəvənin
dünyada iki ocağından biri olduğunu söyləməyə imkan verir.
Dünyada dəvənin iki müstəqil cinsi mövcuddur: dromedar
(birhörgüclü) və baktrian (ikihörgüclü). Dromedar dəvənin ilkin
vətəni və əhliləşdirildiyi yer Şimali Afrika və Ərəbistan hesab olu-
nur. Tədqiqatçılar bu növün ev heyvanına çevrilməsi və yayılmasını
semit mədəniyyətinin nailiyyəti hesab edirlər.
1...,101,102,103,104,105,106,107,108,109,110 112,113,114,115,116,117,118,119,120,121,...147