22
Başları taclı, boğazları baftalı (lentli), lələk­
ləri təmtəraqlı olan bu quş təsvirləri, söz-
süz ki, səmavi elçiləri təmsil edirlər. Yalnız
ilmələrdən, düyünlərdən yaranan bumotivlər
dolğun missiyanı icra edən obrazları çox canlı
əks etdirirlər. Boy və formalarındakı fərqliliyə
görə onlar bir neçə növdə təsvir olunub.
Quş obrazı kimi elə elementlər də vardır ki,
onlar miladdan öncə günəşin, səmavi dünya-
nın, İslam fəlsəfəsinə görə cənnətin, daha son-
ralar isə oğuz boylarına mənsub olan damğa-
ların rəmzi sayılmışdır. Bu zaman ərzində
onların təsvir formaları bir çox bədii, tarixi,
fəlsəfi təsirlərdən assimilyasiyaya uğramış,
stilizə edilmiş yeni ifadə formalarında xalça-
lar üzərində toxunmuşdur.
1...,14,15,16,17,18,19,20,21,22,23 25,26,27,28,29,30,31,32,33,34,...147