32
yaradıcılıq dəst-xətti ilə yerinə yetirilmiş və
müxtəlif xalq sənətkarlarına məxsus bu xalçalar
bütövlükdə kompozisiyanın monumentallığı,
obrazların emosional ifadəliliyi, boyaların şux-
luğu və parlaqlığı, kolorit zənginliyi ilə seçilir.
Şərq poeziyasının digər bir görkəmli nüma­
yəndəsi, tacik şairi Əbdürrəhman Caminin
də bütün əsərlərində məhz insanpərvərlik,
ədalət və səxavət tərənnüm edilir. Onun İn-
cil əfsanələrindən və Qurani-Kərimdən bəhrə­
lənərək qələmə aldığı “Yusif və Züleyxa” əsəri
də xalçaçılar üçün ilham mənbəyi olmuş, Quba
və Təbriz məktəblərinə məxsus bir sıra “Yusif və
Züleyxa” xalçalarının yaranmasına səbəb olmuş-
dur. XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid
edilən belə bir xalça Nizami adına Azərbaycan
Ədəbiyyatı Muzeyində saxlanılır. Əsərin süjeti
xalçanın ara sahəsindəki üç üfüqi zolaqda açılır
və hər bir epizod medalyonlardakı başlıq yazıla-
rı ilə dəqiqləşdirilir, süjetin bütün məzmunu isə
fars dilində şeirlərlə xalçanın kiçik haşiyəsindəki
kətəbələrin içində verilmişdir.
Klassik şərq ədəbiyyatının xalçalar üzərində
təsviri ilə birgə xalça sənətkarları bu misilsiz xal-
çaları yaradarkən təkcə əsərlərdən götürülmüş
motivləri, səhnələri deyil, həm də bu əsərləri
meydana gətirən söz sərraflarının öz təsvirlərini
də xalça üzərində yaratmışlar. Belə şairlərin sı-
rasında Firdovsi, Nizami Gəncəvi, Füzuli, Ömər
Xəyyam, Səfiəddin Urməvi, Hafiz, Nəsimi və
digərləri də yer almışdır.
Bu isə Azərbaycan xalça sənətkarlarının ədə­
biy­yata, şeriyyətə, təsviri sənətə verdikləri də­
yərin bariz sübutudur.
1
2
1.
"Rüstəm və Söhrab" xalçası. Qarabağ. 1912-ci il.
2.
"Bəhram Gur və Fitnə ovda" xalçası. Kaşan. 1910-cu il.
3.
"Fərhadın ölümü" xalçası. Kirman. XVII əsr.
4.
"Bəhram Gur ovda" xalçası. Qum. XX əsrin əvvəlləri.
1...,24,25,26,27,28,29,30,31,32,33 35,36,37,38,39,40,41,42,43,44,...147