31
“İsgəndərin cadugərlərlə döyüşü” xalçaları və
görkəmli xalçaçı-rəssam Lətif Kərimovun Ka-
zım Kazımzadə, Qəzənfər Xalıqov, Məmmədəli
Şirinovla birgə yaratdığı “Ədalətli Nuşirəvanla
vəzirin söhbəti” (1939), “Şirinin Bisutun dağına
Fərhadın görüşünə getməsi” (1939), “Məcnun
vəhşi heyvanlar arasında” (1939) “İsgəndər və
Nüşabə” (1939) xalçaları Nizaminin yaratdığı
ölməz obrazların möhtəşəmliyini bir daha sübut
edir.
Şərqin digər dahi söz sərrafı Firdovsinin əzə­
mətli “Şahnamə” əsəri şahlar haqqında əfsa­
nələrdən götürülməsinə baxmayaraq, burada
xalqın aşağı təbəqələrinin ümidləri və diləkləri
öz əksini tapmışdır və onların himayədarı, ide-
yalarının və qəhrəmanlıq hisslərinin ifadəçisi
pəhləvan Rüstəm əsərin əsas obrazlarından
olmuşdur. Bu tarixi əsərin əvvəlindən axırına
qədər hər yerində insanpərvərlik ideyası üstün-
lük təşkil edir, insanın əzəmətini, vüqarını, nəcib
hisslərini və ülviyyətini pozan və ləkələyən nə
varsa, hamısına qarşı ittihamnamə oxunur, bir
çox dastanlarda dönə-dönə həmin məsələdən
bəhs olunur, hakimiyyət, taxt-tac, şöhrət və
sərvət naminə dünyanı qan dəryasına döndərən
canilər lənətlə damğalanır. Bu xüsusiyyətlərinə,
poetikasına görə sevilən əsər miniatürçü rəssam­
ların və xalçaçıların diqqətindən kənarda qal-
mamış, xüsusən də XIX əsrin sonu - XX əsrin
əvvəllərində artan milli azadlıq ideyalarının, baş
verən inqilabi hərəkatların təsiri ilə xalçaçıların
bu əsərə marağı daha da artmışdır. Nəticədə
Təbriz məktəbinə məxsus “Rüstəm ağ divi öldü-
rür”, “Rüstəmin Aşkabusla döyüşü”, Qarabağ
məktəbinə məxsus çoxlu sayda “Rüstəm və Söh-
rab” kimi gözəl xalçalar toxunmuşdur. Müxtəlif
4
5
3
1.
"Bəhram Gur və Coban" xalçası.
Kaşan-Kürk. 1900-cü il.
2.
"Məcnun vəhşi heyvanlar
arasında" xalçası. Lətif Kərimov,
1939-cu il.
3.
"Leylinin səhrada Məcnunun
görüşünə getməsi" xalçası. Kir-
man. XVII əsr.
4.
"Bəhram Gur və Fitnə ovda"
xalçası. Təbriz. 1930-cu illər.
5.
"Bəhram Gur və Fitnə ovda"
xalçası. Əmir Hacıyev, Bakı. 1939-
cu il.
1...,23,24,25,26,27,28,29,30,31,32 34,35,36,37,38,39,40,41,42,43,...147