24
Azərbaycan ərazisində quş qədim
inanclara görə müqəddəs sayılmış-
dır. Arxeoloji qazıntılar nəticəsində
tapılmış dulusçuluq nümunələri
üzərində quşların ağacla eyni
məkanda təsvir olunduğuna rast
gəlinir. Quş ilkin dövrlərdə mistik
təsəvvürləri ifadə edirdi, bu baxım-
dan da sənət əsərləri üzərində daha
çox təsvir edilmişdir. Sonralar bu
müqəddəslik damğalar halına keçir,
yəni 24 oğuz boyuna rəmzi olaraq
24 quş obrazı himayədarlıq edir.
Sənətdə də bu müqəddəs varlıqlar
müxtəlif cür təsvir edilirlər. Bəzən
xalçalarda çox realist şəkildə, bəzən
isə detallar halında toxunur.
Quş yaşanan zamanla yaşanmış zaman, yəni ruhlar dünyası
arasında əlaqə yaradan bir qüvvə sayılır. Bu, insanın dünyasını
dəyişdikdən sonra onun ruhunun o biri dünyaya quş şəklində
köçməsi kimi yozulur. Bu mənada da quş müqəddəs varlıq hesab
edilir.
1...,16,17,18,19,20,21,22,23,24,25 27,28,29,30,31,32,33,34,35,36,...147