29
oxu boyunca hər iki tərəfdən güzgü simmet-
riyası ilə təkrarlanır. Luvr muzeyində saxlanı-
lan XVII əsrə aid ipək Kaşan xalçasının künc
ləçəklərində də “Leylinin səhrada Məcnunla
görüşü” səhnəsi təsvir edilmişdir.
Ümumiyyətlə, əsrlər boyu dekorativ-tətbiqi
sənətdə daha geniş yayılmış motivlər Niza-
minin “Leyli və Məcnun” və “Xosrov və Şirin”
poemalarından olmuşdur. Bu motivlərə orta əsr
ipək parçalarında, keramika nümunələrində,
xüsusən də miniatür rəssamlığında rast gəlirik
ki, bu da öz növbəsində süjetli xalçalara təsirini
göstərmişdir. İstər miniatür sənətində, istərsə
də xalçaçılıqda geniş şöhrət qazanmasının,
rəssam və xalçaçıların dönə-dönə bu mövzu-
lara müraciət etmələrinin əsas səbəblərindən
biri Nizaminin ədəbiyyatı həmişə həyatla
əlaqələndirməyə çalışması, öz mövzularını
tarixdən almasına baxmayaraq, onlara müasir-
lik baxımından yanaşması, böyük
humanist şair olaraq insanı, insan
ləyaqətini tərənnüm etməsi, xalqın
istək və arzularını, xalq yaradıcılı-
ğından və təfəkküründən əxz etdi-
yi müdrik fikirlərini yüksək sənət
dili ilə ifadə etməsi, həm ideya,
həm də sənətkarlıq cəhətdən kamil
bədii əsərlər yaratmasıdır.
Səfəvilər dövləti (1501-1736)
üçün xarakterik olan saray üslubu,
demək olar ki, Azərbaycanın digər
bölgələrinin bədii cəhətdən inkişafına təsir
göstərmişdir. Eyni zamanda, Təbrizlə Şama-
xı və Şirvan arasında əlaqələrin genişlənməsi
şimal bölgələrində bədii cəhətdən Təbriz üs-
lubuna yaxın olan miniatür sənətinin və ədəbi
mövzulu süjetli xalça sənətinin inkişafına səbəb
olmuşdur. Lakin bu xalçalar Təbriz xalçaların-
dan fərqli olaraq saray rəssamlarının rəsmləri
əsasında deyil, ənənəvi xalq sənətkarları
tərəfindən toxunurdu.
Xalçaçıların dönə-dönə Nizami poemalarının
motivlərinə müraciət etməsi xalçaçılıq sənətinin
yüksək inkişaf dövrü olan XIX əsrdə də davam
etmişdir. Bu dövrdə xalçaçılar yenidən ənənəvi
ədəbi mövzu və obrazlara, Şərq poeziyasının
klassik nümunələrinə müraciət edərək realist
xarakterlər yaratmağa çalışır, xalçaların mövzu
çərçivəsini genişləndirirdilər. Orta əsrlərdə xal-
çaçılıq sənəti sarayla bağlı olduğuna görə xal-
3
4
1...,21,22,23,24,25,26,27,28,29,30 32,33,34,35,36,37,38,39,40,41,...147