25
İlk əvvəllər quş obrazları ulu dini ayin və mi-
fik təsəvvürlərlə əlaqədar olaraq tətbiq olunur-
dusa, orta əsrlərdə onlar, daha çox, xalq nağılları,
rəvayətləri, təmsilləri ilə - bir sözlə, folklorla bağlı
olmuşdur.
Buxalçada ağaclarınaltında “vağ” quşları təs­vir edi-
lib. Avropa və Asiyanın, o cümlədən Azərbaycanın
mülayim iqlim şəraitinə malik olan yerlərində bu
quşlara tez-tez rast gəlinir. Vağ quşunun təsviri
Azərbaycan dekorativ-tətbiqi sənətinin müxtəlif
sahələrində, həmçinin xalçaçılıqda dönə-dönə tətbiq
edilmişdir.
Ağacların budaqlarındakı tutuquşu, şanapipik,
göyərçin, torağay quşlarının təsviri də çox canlı təsir
bağışlayır. Xalçada təsvir edilən qartal da diqqəti
cəlb edir. Qartal “güc-qüvvət” rəmzi kimi yozulur.
Azərbaycan xalq sənəti növləri içərisində ən çox
yayılan quş rəsmlərindən biri də qartal obrazıdır.
Tarixi məxəzlər göstərir ki, qədimdə Azərbaycan
ərazisində yaşayan xalqlar arasında “quşçu qəbiləsi”,
“qartal qəbiləsi” və s. qəbilələr olmuşdur.
Xalq sənəti növləri içərisində quş rəsmlərinə ən
çox xalçalarda təsadüf olunur. “Quşçu” adı ilə geniş
şöhrət tapmış xalçalar Gəncə, Qazax, Bərdə və Şa-
maxıda da toxunmuşdur. Adı çəkilən yerlərdə indi
də “Quşlar”, “Quşçu”, “Quşçu ayrım” adlı kəndlər,
obalar və məhəllələr vardır.
Kaşqarlı Mahmudun verdiyi məlumata görə
keçmişdə hər türk qəbiləsinin quş onqonları olmuş-
dur. Onlar bu quş onqonlarını öz qəbilələrinin yara-
dıcısı kimi qəbul etmişlər.
Mənbələr göstərir ki, onqon xarakteri kəsb edən
quşlardan biri də qartal olub.
1...,17,18,19,20,21,22,23,24,25,26 28,29,30,31,32,33,34,35,36,37,...147