23
Abşeron xalçalarında ən çox sevilən və müqəd­
dəs­ləşdirilmiş naxışlardan biri “sacayaq”dır. Bu
element quş obrazı şəklin­dədir. Xalça ikitərəfli
olduğun­dan, yəni hər iki tərəfdən eyni cür
göründüyündən “saca­yaq” elementini də çox dəqiq
detallarla müşahidə etmək mümkündür.
Bir qayda olaraq, quş mistik dünyanın simvolu-
dur. O, dünyasını dəyişdikdən sonra insanların
ruhlarını əbədiyyətə qovuşduran vasitəçidir. Bu
mənada quş müqəddəs məkanın elçisi, əbədiyyət
rəmzidir. Məhz bu müqəddəs motivin olduğu xal-
çalar ənənəyə görə kiçik ölçüdə toxunardı. Çünki
onlardan xalq arasında namazlıq kimi də istifadə
edilirdi.
1...,15,16,17,18,19,20,21,22,23,24 26,27,28,29,30,31,32,33,34,35,...147