30
çalarda ədəbi motivlərin işlənməsində incəlik,
süjetlərin son dərəcə estetik mahiyyət kəsb
etməsi üstünlük təşkil edirdisə, XIX-XX əsrlərdə
xalça ustalarının hadisələri real şəkildə təsvir
etmək meyli, insan hisslərinin həqiqiliyini və ül-
viliyini ifadə etmək səyi nəzərə çarpır.
Xalçaçılar arasında ənənəvi mövzuya çevril-
miş “Leylinin səhrada Məcnunla görüşü” motivi
əsasında 1810 və 1913–cü illərdə Təbrizdə toxu-
nan iki xalça buna bariz nümunədir.
Hazırda Nizami adına Azərbaycan Ədəbiy­
yatı Muzeyində saxlanan, 1810-cu ildə Təbrizdə
toxunmuş xalçanın ara sahəsində zəngin libaslı
Leyli və onun qolları üzərinə yarıbihuş halda
düşmüş, yarıçılpaq Məcnun təsvir olunmuş-
dur. Süjet səhrada budaqlarını aşağı salmış və
xalq arasında Məcnun-ağlayan söyüd (bidə
Məcnun) adlandırılan yeganə söyüd ağacının
ətrafında açılır. Arxa planda qız üzlü günəşin
çıxışı əks olunmuşdur. Xalçada təsvir olunan
çoban və qoyun sürüsü, tülkü, ayı, xaltalı it və s.
heyvanlar cənub səhralarından çox, Azərbaycan
toxucusuna daha yaxşı məlum olan mənzərəni
xatırladır.
Xalçalarda rast gəlinən digər mövzulardan
biri də Nizaminin “Xosrov və Şirin” poema-
sından götürülmüş ayrı-ayrı səhnələrdir. Bu-
rada da orta əsr saray xalçaları və miniatürləri
ilə sonrakı dövrlərdə bu mövzuda yaradılan
sənət inciləri arasında fərq diqqət çəkir. Əgər
orta əsrlərdə saray xalçalarında daha çox Xos-
rov şahın məhəbbəti, şahın əyləncə səhnələri
önə çəkilirdisə, sonrakı dövr xalçalarında
xalqa daha yaxın olan Fərhadın faciəsi, izti-
rabları, qəhrəmanlığı, ölümü səhnələri önə
çəkilir. Müqayisə üçün Paris Dekorativ Sənət
muzeyində saxlanılan “Şirin çimərkən Xosro-
vun onu seyr etməsi” xalçasını və Nizami adı-
na Azərbaycan Ədəbiyyatı Muzeyində saxla-
nan “Fərhad və Şirin” xalçasını misal gətirmək
olar.
“Sirlər xəzinəsi”, “İsgəndərnamə” poemala-
rının motivləri əsasında XX əsrin əvvəllərində
toxunmuş “Bəhram Gur ovda”, “Bəhram Gur
və Çoban”, “Bəhram Gur və Fitnə ovda”,
1
2
1...,22,23,24,25,26,27,28,29,30,31 33,34,35,36,37,38,39,40,41,42,...147