27
İranə Q. İbrahimova
Açar sözlər:
Azərbaycan xalçası, Şərq poeziyası, süjetli xalçalar.
Təbriz məktəbi, Qarabağ məktəbi, Nizami, Firdovsi, Cami,
“Rüstəm və Söhrab” xalçaları, “Yusif və Züleyxa” xalçaları.
И
slam dininin canlı məxluqatın, xüsusən də insan təsvirini yaratma-
ğı qadağan etməsinə baxmayaraq orta əsr Azərbaycan rəssamları
dünya incəsənəti xəzinəsinə daxil olan bir sıra dəyərli əsərlər yarat-
mışlar. Həmin dövrlərdə Azərbaycan təsviri sənətinə dünya şöhrəti qazan-
dıran məhz miniatür sənəti olmuşdur. Əsasən illüstrasiya kimi formalaşan
Azərbacan miniatür sənəti klassik Şərq poeziyası ilə sıx əlaqədə inkişaf et-
mişdir. Antik mifologiya qədim yunan incəsənətinin mənbəyi olduğu kimi,
klassik Şərq poeziyası da müsəlman, o cümlədən Azərbaycan miniatür
sənəti üçün tükənməz mənbə olmuşdur.
XIV əsrdən başlayaraq miniatür sənətinin xalçaçılığa, xüsusən də süjetli
kompozisiyaların traktovkasına təsiri müşahidə olunur. Bu təsir XVI əsrdə,
qüdrətli Səfəvilər dövlətinin paytaxtı, Şərqin aparıcı mədəniyyət mərkəzi
olan Təbrizdə xalçaçılığa, xüsusən də süjetli xalçaların toxunmasına daha
çox təsir göstərmiş Təbriz miniatür məktəbinin formalaşması ilə gücləndi.
Bu məktəbin banisi ustad rəssam Sultan Məhəmməd olmuşdur. Sultan
Шяrq poeziyasы vя
Azяrbaycan
xalчalarы
1...,19,20,21,22,23,24,25,26,27,28 30,31,32,33,34,35,36,37,38,39,...147