28
Məhəmmədin Şərq poeziyası klassiklərinin
əsərlərinə-dahi Nizami Gəncəvinin “Xəm­
sə"sinə, Firdovsinin “Şahnamə"sinə, Hafizin
“Divan"ına çəkdiyi, eyni zamanda ayrı-ayrı
mövzularda yaratdığı və dünyanın ən yaxşı
muzeylərində, şəxsi kolleksiyalarda qorunan
miniatürlər eyni zamanda bir çox misilsiz xal-
ça nümunələrinin yaranmasına səbəb olmuş-
dur. Yüksək peşəkarlıqla toxunan belə xalçanın
nümunələrinə Milanın Poldi Petsoli, Londonun
Viktoriya və Albert, Budapeştin Dekorativ sənət
muzeyində, Nyu-Yorkun Metropoliten, Parisin
Dekorativ Sənət və digər dunya muzeylərində
rast gəlmək olar.
Sərq ədəbiyyatının dahi şairlərindən Firdov-
si, Nizami, Sədi Şirazi, Hafiz və digər görkəmli
nümayəndələrinin ölməz əsərləri xalq xalça
toxucularının, eyni zamanda Lətif Kərimov,
Kamil Əliyev, Eldar Mikayılov və b. kimi xal-
çaçı rəssamların da tükənməz ilham mənbəyi
olmuşdur. Şərq poeziyasının zəngin obrazlar
aləmi, təşbeh və istiarələrlə dolu zəngin dili,
forma və vəzn müxtəlifliyi, şeriyyəti, musiqi
ahəng, xalçalarda dekorativ poetik təsvir dilinə
uyğun gələn bədii forma, üslub, obrazlı ifadə
vasitələri yaratmağa geniş imkan verir.
Firdovsinin möhtəşəm qəhrəmanlıq epope-
yası, Nizaminin məhəbbət lirikası, romantik,
fəlsəfi-didaktik poemaları xalça ustadlarının
yaradıcılığına daha qüvvətli təsir göstərmiş, on-
ları dünyəvi hissləri, ülvi məhəbbəti tərənnüm
edən misilsiz xalçalar yaratmağa ruhlandırmış-
dır.
Təəssüflər olsun ki, Firdovsinin və Nizami-
nin poemalarının motivləri əsasında toxun-
muş erkən Azərbaycan süjetli-tematik xalçaları
dövrümüzədək gəlib çıxmamışdır. Lakin belə
xalçaların mövcudluğuna XVI əcrin sonu – XVII
əsrə aid Kirman, Kaşan xalçaları əsaslı sübut-
dur. Hər iki xalçanın süjeti Nizaminin “Leyli
və Məcnun” və “Xosrov və Şirin” poemaların-
dan götürülmuşdür. Parisdə Dekorativ Sənət
muzeyində qorunan XVI əsrə aid Kirman xal-
çasında bu poemalardan “Şirin çimərkən Xos-
rovun onu seyr etməsi” və “Leylinin səhrada
Məcnunla görüşü” səhnələri xalçanın mərkəz
1
2
1.
"Leylinin səhrada Məcnunun görüşünə getməsi". Təbriz.
1810-cu il.
2.
"İsgəndər və Nüşabə" xalçası. Lətif Kərimov, Məmmədəli
Şirinov. 1939-cu il.
3.
"İsgəndərin cadugərlərlə döyüşü" xalçası. Kaşan. XX əsrin
əvvəlləri.
4.
"Ədalətli Nuşirəvanla vəzirin söhbəti" xalçası. Lətif
Kərimov, Kazım Kazımzadə. 1939-cu il.
1...,20,21,22,23,24,25,26,27,28,29 31,32,33,34,35,36,37,38,39,40,...147