59
də az rol oynamadığını təsdiq edir. Əsərdən
bəlli olur ki, bayrama bir neçə gün qalmış car-
çılar şəhərləri, obaları, bazarları gəzərək şah sa-
ray qapılarının xalq üzünə açıq olduğunu elan
edərmişlər. Bayram günü camaat saraya top-
laşar və hər kəs hökmdara nə şikayəti varsa,
çəkinmədən söyləyərmiş. Sonra padşah taxt-
dan düşüb baş məbudun qarşısında diz çökərək
deyərmiş: “Mənim şəxsiyyətimə əhəmiyyət
verməyərək, bitərəfanə bu adamın mənə qar-
şı elədiyi şikayətə bax və hökm ver”. Bundan
sonra məhkəmə qurular və şikayətə baxılar-
mış. Şikayətə gələnlərin dədrlərinə əlac edilər,
heç bir cəza tətbiq olunmaz, kimsənin xətrinə
dəyilməzmiş. Göründüyü kimi, tarixin qədim
dövrlərində ən qəddar hökmdarlar belə Nov-
ruz bayramı ərəfəsində öz zülmünü azaltmağa
məcbur edilərmiş.
Qədim azərbaycanlıların Novruz bayramını
əsl xalq bayramı kimi hələ miladdan öncə qeyd
etdikləri Nizami Gəncəvinin “İsgəndərnamə”
əsərində təsvir olunmuşdur. Novruzun gəlişi
klassik Şərq poeziyasında, o sıradan Azərbaycan
poeziyasında geniş yayılmış ədəbi forma –
bahariyyə (baharın təsviri) adlı lirik şeirlərdə də
(qəzəl, qəsidə, məznəvi və s.) təsvir və tərənnüm
olunmuşdur.
Novruzun gəlişi baxımından 1637-ci ildə
Şamaxıda olan alman səyyahı Adam Oleari-
nin müşahidələri daha böyük maraq doğurur;
həmin mərasimin iştirakçısı olan səyyah yazır:
”Astroloq tez-tez stolun arxasına keçir, öz üs-
türlabı ilə Günəşi müşahidə edir, saata baxır,
beləliklə, Günəşin gecə ilə gündüzün bərabərlik
nöqtəsinə çatacağı anı gözləyridi. Elə ki arzu
olunan dəqiqə çatdı, o, bərkdən elan etdi: “Yeni
il gəldi, təzə il başlandı.” Dərhal yaylım atəşi
açıldı, şəhərin qala divarları və bürclərində gara
ney səsləndi, təbillər çalındı və beləliklə böyük
el şənliyinə başlandı... ”
Novruz digər bayramlardan öz tarixi kökləri,
zənginliyi, özünəməxsus mahiyyəti, ülviliyi
ilə seçilir. Novruz bayramı yüzillər, minillər
boyu mərasimləri, adət-ənənələri, xeyirxah
əməl­ləri, tədbirləri, şifahi xalq ədəbiyyatı
nümunələri, oyun və əyləncələri ilə Dədə Qor-
quddan Füzuliyə, Sabirə, Səməd Vurğuna
qədər bütün ozan və şairlərimizin, xanəndə və
sazəndələrimizin, alim və mütəfəkkirlərimizin
əsərlərində özünə möhkəm yer tutmuş və onla-
rın ilham mənbəyinə çevrilmişdir.
Aylar, illər, əsrlər bir-birini əvəz edir, soyu-
muzun-kökümüzün rişələri artır, yeni nəsillər
yaranır, el-obamız heç bir qadağa, yasaq və qor-
xuya baxmayaraq əziz hesab elədiyi Novruzu
müqəddəs bayram kimi yaşadıb bu günümüzə
çatdırmış, onun əsatirlərini də, qaydalarını da,
adət-ənənələrini də, nəğmələrini də göz bəbəyi
kimi qorumuşdur.
Təbiətin dirildiyi bu ilk günün, yeni günün –
Novruzun gəldiyini bildirmək üçün əvvəllər
atəşfəşanlıq edən babalarımız odlu silah, top
icad edildikdən sonra köhnə ilin qurtarması,
yeni ilin başlanması münasibətilə toplardan yay-
lım atəşi açardılar. Elə ona görə də “Novruzun
topu atılan” vaxta “il təhvil oldu” deyərlər.
Azərbaycanlılar arasında indi də yaşayan
inama görə Novruzun topu atıldıqda yeni
gələn il hansısa bir heyvanın üstündə təhvil
olur. Təzə ilin necəliyini də məhz bu heyva-
nın xüsusiyyətləri, əlamətləri ilə seçərdilər.
Alimlər bunu bilavasitə qədim monqol və türk
təqvimləri ilə əlaqələndirirlər; belə ki, mon-
qollarda və türklərdə illər həmçinin, 12 illik
dövrlərlə birləşdirilir, hər il də müəyyən bir
heyvanın adını daşıyır. Çox güman ki, hələ ilk
türk axınları ilə Azərbaycana gətirilən bu böl-
gü qaydası monqol işğalı dövründə (XIII yüz il)
İrana, oradan da Azərbaycana keçən, Qacarların
sülaləsi dövründə rəsmən tətbiq edilən monqol
(türk) Ay-Günəş təqviminə əsaslanır. Qədim
türk təqviminə görə günəşin zahiri illik hərəkəti
hər on iki ildən bir təkrarən eyni nöqtəyə dü-
şür. Bu vaxt ildəyişmə baş verir. İldəyişmə isə
mütləq bir heyvanın üstündə olur. Təqvimdə
bu heyvanların sayı 12 və onların sırası belədir:
siçan, öküz, pələng, dovşan, əjdaha, ilan, at, qo-
yun, meymun, toyuq, it, donuz.
1...,51,52,53,54,55,56,57,58,59,60 62,63,64,65,66,67,68,69,70,71,...147