60
Səməni göyərtmək yazın elçisi, Novruzun ən
müqəddəs mərasimi sayılır. Əkinin, məhsul bol-
luğunun rəmzi olan səməni qoymaq çox-çox
qədimlərdən adət olub. Ona görə ki, səməni taxıldır,
çörəkdir, xeyir-bərəkətdir.
Taxıl, bərəkət isə həyatın, dolanacağın rəhnidir,
insanların yaşaması üçün vacib olan maddi
mədəniyyətin ən mühüm şərtidir. Ulu çağlardan bu
əziz günlərdək sinilərdə, məcmiələrdə buğda, arpa,
noxud, mərcidən səməni göyərdər, ona alqış – söz
deyər, baxıb sevinər, fərəhlənərdilər.
Sяmяni, al mяni.
Hяr yazda,
Sяn yada sal mяni.
Yazlıq əkinqabağı səməni cücərtmək ənənəsi xal-
qın çörəyə, qüdsiyyətə ehtiramı, səcdəsi kimi rəmzi
mahiyyət daşımış, qədim xalqların şifahi poeziya-
sında bolluq, səadət arzusunu ifadə etmişdir. Bu eti-
qadı Zərdüşt də qəbul etmiş, hətta bu ənənə əvvəlki
dövrlərdən təcrid olunub onun adı ilə bağlanmışdır.
Xalqın səadətini əkinçilikdə görən Zərdüşt qanunla-
rı hamını yer-yurd salmağa, torpaq əkib-becərməyə,
halal zəhmətə çağırırdı. “Kim ki əkir, o müqəddəs
iş görmüş olur”, - deyə “Avesta” qeyd edirdi. Tor-
pağa qayğı, torpağa səcdə, torpağa toxum
səpmək, onu anaya çevirmək “Avesta”nın
mühüm tələbi idi. Bu qədim abidədə
torpaq insana müraciət edərək deyir ki,
ey insan, məndən ikiəlli yapışıb məni
laqyiqincə becərsən, mən də yorulmaq
bilmədən sənin üçün istədiyin neməti
yaradaram, sənə bol ruzi, bol məhsul
verərəm. Əgər belə etməsən, torpaq
üzərində əməyin olmasa, dilənçilərə qarı-
şıb özgələr qapısında boyun bükəcəksən.
- Dünyada ən vacib iş nədir?
“Torpağa sağlam və yaxşı toxum
səpmək.
Bu qanuna əməl etmək on min duaya, yüzədək
qurbana bərabərdir”.
Yunan filosofu, yazıçı və tarixçi Plutarx (bizim era-
nın təqribən 46-127-ci illəri) göstərmişdir ki, qədim
Azərbaycanda (Midiyada) taxılı müqəddəs bitki
saymaq adəti geniş yayılmışdır. Bu adət hər dəfə ilin
başlanğıcında (yazda) icra edilərdi.
Çox maraqlıdır ki, bu adət səməni göyərtmək
şəklində bizim günlərə qədər gəlib çıxmışdır.
Səməninin varlığı da, həyat verəni də, mənası da
taxıldır, torpağa tapınmaqdır. Səməni göyərtməklə
ümidini, arzusunu, ruzisini göyərtmiş əkinçi baba-
larımız:
Sяmяni, saxla mяni,
Иldя gюyяrdяrяm sяni.
Məşhur el nəğməsində həzin bir yalvarışla
“Səməni, saxla məni...” deyən ulularımız səmənidən
onları saxlamasını, hifz etməsini istəyirlər. “İldə
göyərdərəm səni” deyə vəd edərək səmənini hər
il göyərdəcəklərinə, başqa sözlə, əkin-becərmə
işlərinə hazırlaşacaqlarına, torpağa qayğı və nəvaziş
göstərəcklərinə, bolluq yaradacaqlarına söz verirlər.
Xalçanın göllərində toxunmuş xaça­
bən­zər element su, torpaq, od və havanın
simvolu, romb artım bildirən rəmzdir.
Xalça. Yun. Xovlu.
256x105.
XIX əsrin sonları.
Gəncə qrupu.
Azərbaycan.
1...,52,53,54,55,56,57,58,59,60,61 63,64,65,66,67,68,69,70,71,72,...147