14
raq geri döndülər. Ruslar səngər düzəltməyə
məşğul oldular, yeddi gəmidə də yaxınlaşıb,
qalanın toplarını susdurdular. Qumbarala­
rın atəşindən şəhərə böyük yanğın düşdü,
qalanın hasarı bir yerdən dağıldı. Ayın 26-na
təyin edilmiş yürüş şid­dətli tufan nəticəsində
mümkün olmadı və gəmilər pərakəndə
düşdü. General yenə təs­lim haqqındakı da­
nışığı təzələdi. Şəhər alın­dı, 72 top, barıt,
güllə və sair bir çox lə­vazimat ələ keçdi. 700
nəfərdən ibarət olan qala mühafizəkarları,
öz sərkərdələri Dərgahqulu bəylə Rusiya
dövlətinin xidmətinə daxil oldular”.
26
1723-cü
il Peterburq (Səfəvilər bu müqaviləni təsdiq
etməmişdir. – Y.M., K.Ş.) və 1724-cü il İstan­
bul müqavilələri ilə Xəzərsahili torpaqların
Rusiyaya keçməsi təsdiq edildi.
27
Xəzərsahili
torpaqlarda, o cümlədən Bakı və Abşerondakı Rusiya işğal rejimi 1732-ci il Rəşt və 1735-ci il Gəncə müqavilələri ilə başa
çatdı.
28
Bakı və Abşeronda hakimiyyətini bərqərar edən Nadir burada yeni idarə sistemi qurdu. O, 1736-cı ildə Səfəvilərin
hakimiyyətinə son qoydu və özünü şah elan etdi. Beləliklə, digər Azərbaycan torpaqları kimi Bakı-Abşeron bölgəsində
də Əfşarlar dövlətinin hakimiyyəti quruldu. Nadir şah burada hakimiyyətinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət
verirdi. Məhz bunun nəticəsi idi ki, o, əfşarlar tayfasından olan insanları Abşerona köçürmüş, onları Zabrat, Keşlə, Sabun­
çu və digər kəndlərdə məskunlaşdırmışdır.
29
Lakin Nadir şahın 1747-ci ilin may ayında öldürülməsi ilə onun imperiyası
dağıldı, Azərbaycanda xanlıqlar dövrü başlandı.
XVI-XVIII əsrin 40-cı illərini əhatə edən təx­minən iki əsr yarımlıq bir dövrdə Bakı-Abşeronun sosial-iqtisadi və mədəni
həyatı da siyasi hadisələrin təsirinə məruz qalmışdı. Bakı Abşeronun siyasi mərkəzi olmaqla bərabər, sosial-mədəni həyatda
da başlıca rol oynayırdı. O, əvvəlki dövrlərdə
olduğu kimi mühüm liman şəhəri, neft və
digər dağ-mədən məhsulları (duz, gilabı) is­
tehsalının mər­kəzi idi. Abşeron kəndlərində
təbii-coğrafi şə­ra­itinə uyğun olaraq bağçı­
lıq, üzümçülük, ipək­çilik, zəfərançılıq və b.
kənd təsərrüfatı sahələri inkişaf etmişdir.
Bakı şəhəri həmin kəndlər vasitəsilə kənd
təsərrüfatı məhsulla­rı və xammal ilə təmin
edilirdi. Şirvanda, o cüm­lədən Bakı və Abşe­
ronda əsas sənətkar­lıq sahələrindən biri xal­
çaçılıq idi. Burada olan elçi və səyyahlar xal­
çaçılıq haqqında da məlumatlar verirlər. Xal­
çaçılığın inkişafı onunla əlaqədar olan digər
sahələrin (ip əyi­rilməsi, boyaqçılıq və s.) də
vəziyyətinə tə­sir edirdi. Xalçaçılıqla bərabər
toxuculuq, me­tal emalı, zərgərlik, tikinti işləri
və digər sənətkarlıq sahələri də tərəqqi etmiş­
dir. Bakı-Abşeron bölgəsində daxili və xarici
ticarət də iqtisadiyyatda mühüm yer tutur­
du. Siyasi və sosial-iqtisadi proseslər mədəni
həyatda da müəyyən izlər qoymuşdu. Bakının
hindli icması tərəfindən əsası qoyulan, XVII-
XIX əsrlər ərzində tikilən “Atəşgah” komplek­
si Ab­şeron memarlığının incilərindən hesab
edi­lir. (Xəritə 6)
Nadir şahın ölümündən sonra yaranan xan­
lıqlardan biri də Bakı xanlığı idi.
30
Bakı xan­
lığının ərazisi Abşeron yarımadasını əhatə
edirdi. Burada 39 kənd (Maştağa, Nardaran,
Bilgəh, Şağan, Mərdəkan, Türkan və s.) var
idi. Xanlığın mərkəzi Bakı şəhəri idi. 1747-ci
ildə Mirzə Məhəmməd (1747-1768) xanlığa
başlayır. Onun hakimiyyətinin son dövründə
Azərbaycan Xanlıqları (XVIII əsrin II yarısı)
Xəritə 6
Xalça önündə Bakı zadəgan xanımı.
Qaynaq: Azərbaycan tarixi atlası, səh. 32
1...,6,7,8,9,10,11,12,13,14,15 17,18,19,20,21,22,23,24,25,26,...76