58
Xalçanın toxunma üsulu türkbafdır. Bu xalçalar Abşeronun Hökməli, Qobu kəndlərində toxunurdu.
O, ara sahə və haşiyə zolağından ibarətdir. Bütün xalça üzərində toxunmuş naxışlar həndəsiləşdirilmişdir. Haşiyə zolağı
qeyri-adi həndəsi konstruksiyanın ardıcıl təkrarlanması və onların arasında müsbət, xaçabənzər elementin toxunması ilə
diqqəti cəlb edir.
Hər bir xalça xalqın qan yaddaşı, soykökünün genetik abidəsi olduğu kimi təqdim edilən xalça üzərində də ən qədim
etiqadların izləri naxışlar vasitəsilə ibtidai formada yaşayırlar. Xalçanın haşiyə zolağında damğa şəklində həndəsi ele­ment­
lərin arasında toxunan xaçabənzər elementlər “svastika”nın ən ibtidai formasının nişanıdır. “Svastika” türk xalqlarına
məxsus olan ən qədim ele­ment­lərdən biridir. Qədim Mingəçevir ərazisindən tapılmış dulusçuluq məmulatları üzərində
həkk edilmiş naxışlar içərisində “svastika”ya da rast gəlmək mümkündür. Bu naxış həyatın dörd ünsürünün – su, od,
torpaq və havanın vəhdətinin rəmzidir. Bəzən onu dünyanın dörd qütbünün – cənub, qərb, şərq və şimalın rəmzi kimi də
qəbul edirlər.
Xalçanın ara sahəsi isə “tirməsayağı” adlı Qarabağ və Təbriz xalça çeşnisində olduğu kimi şaquli zolaqlarla cərgələnib.
Cərgələr tünd-sarı və qəhvəyi rəng çalarındadır. Bu rənglər Abşeronun təbiətinin, parlaq şanısının və kəhraba rəngli qum­
larının xalçaya köçürülmüş əksidir.
Bütün cərgələr üzərində naxışlar rapportlar şəklində təkrarlanır. Naxışlar çox incə, yüksək dəqiqliklə toxunub. Toxucu­
nun peşəkarlığı nəticəsində yaranmış bu kompozisiyada sirli bir abidə canlanır. Xalçanın ətək hissəsindən başlayaraq
1...,50,51,52,53,54,55,56,57,58,59 61,62,63,64,65,66,67,68,69,70,...76