18
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
burada yeni erməni kəndləri (Marağalı, Сanyataq və s.) meydana gəldi (ermə-
nilər sonralar Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman bu köçü-
rülmələr «şərəfinə» qoyduqları abidələri dağıdaraq, tarixi unutdurmağa
çalışmışlar!). Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında Şimali
Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasın-
dan 90 min erməni köçürülmüşdü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə
onların sayı 200 mini ötdü. Ermənilərin köçürülməsi sonralar da davam etdi-
rildi. 1911-ci ilə aid rəsmi məlumata görə, Cənubi Qafqazda olan 1,3 milyon
erməninin 1 milyondan çoxu köçürülənlər idi. Artıq 1916-cı ildə Qarabağda
(xanlıq sərhədləri daxilində) əhalinin təxminən 51%-i azərbaycanlı, 46%-i isə
erməni idi. Köçkün ermənilərin əksəriyyəti Qarabağın dağlıq hissəsində məs-
kunlaşdırıldı. Çarizmin ermənipərəst siyasəti nəticəsində ermənilərin inzibati
idarəçilikdə möhkəmlənməsi, köçürülmə prosesində saylarının mexaniki su-
rətdə artırılması onların iqtisadi potensialının möhkəmləndirilməsilə müşayiət
olunurdu. Ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait sa-
yəsində Qarabağın iqtisadi həyatında da möhkəmlənə bildilər. Beləliklə, so-
sial-iqtisadi, hərbi-siyasi və mədəni həyatın bütün sahələrində yer alan
ermənilər Rusiyaya arxalanaraq, sərsəm «Böyük Ermənistan» xülyasının
reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Bu bədnam siyasətin
əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azər-
baycan torpaqlarının yerli türk-müsəlman əhalisini məhv etmək və bu tor-
paqları ələ keçirmək idi. Ermənilərin 1890-cı illərdən Osmanlı dövlətində
mərkəzi hakimiyyətə qarşı xəyanətkar çıxışları uğursuzluğa düçar olduqdan
sonra bu mübarizənin mərkəzinin Şimali Azərbaycana keçməsi Qarabağda
vəziyyəti daha da kəskinləşdirdi. Ermənilər 1905-ci ildə yerli azərbaycanlılara
qarşı tarixə «erməni-müsəlman davası» adı ilə daxil olan dəhşətli soyqırımı
törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti Qarabağda
daha faciəli şəkil aldı. 1905-1906-cı illərdə türk-müsəlman əhaliyə qarşı
soyqırımı ilə kifayətlənməyən ermənilər Birinci dünya müharibəsi (1914-1918)
dövründə yaranan şəraitdən yenidən istifadə etməyə cəhd göstərərək, 1918-
ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində daha dəhşətli soyqırımı
törətdilər.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Qara-
bağın da tarixində mühüm hadisə oldu (Xəritə
4). Xalq Cümhuriyyəti Qara-
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 18
1...,8,9,10,11,12,13,14,15,16,17 19,20,21,22,23,24,25,26,27,28,...274