139
Xalça “Balıq” və “Tağlı ağaclı”, haşiyələr isə “kətəbəlı“ kompozisiyaları əsasında toxunmuşdur. Xalçanın bədii quruluşu
ara sahə və haşiyə hissələrindən ibarətdir.
Ara sahənin mərkəzdən aşağı hissəsi üfüqi istiqamətdə işlənmiş hissələrə ayrılmışdır. Bu hissələr bir-birindən sütunlarla
ayrılır. Sütunlarla ayrılmış mərkəzi hissədə ağ yerlikdə güllü-çiçəkli güldan təsvir edilmişdir. Güldanın kənarlarında sağ və
solda ağac təsvirləri vardır.
Ara sahənin aşağı hissəsində mavi yerlikdə kənarları ləçəkli qoşa medalyon təsvir edilib. Medalyonların aşağı hissəsində
sağ və solda üfüqi istiqamətdə qoşa buta təsvirləri verilmişdir. Bütün bu elementlər bir-biri ilə birləşərək, ümumilikdə rəqs
edən insan təsvirini xatırladır.
Sütunlarla ayrılmış sağ və sol hissələr də üç hissəyə bölünmüşdür. Yuxarıdan birinci ağ yerlikli hissədə qəhvəyi rəngli
gövdəsi, çəhrayı-ağ rəngli çiçəkləri olan ağaclar, mərkəz hissədə dördbucaqlının içərisində əfsanəvi (mifoloji) heyvanlar,
aşağı hissədə isə sürməyi, mavi, yaşıl, zoğalı, qəhvəyi, ağ rəngli güllər təsvir edilmişdir. Bu sütunların yuxarı hissəsində
mərkəzdə ağ, şəkəri, qəhvəyi, zoğalı, boz rənglərlə işlənmiş bir böyük ölçülü və bir kiçik ölçülü “qübbə” yerləşdirilib.
Ara sahənin yuxarı hissəsi “mehrab” formalıdır, ümumilikdə tacı xatırladır. Mehrabın içərisi qırmızı , ara sahənin yuxarı
hissəsi isə ağ rənglə tərtib edilmişdir. Qırmızı yerlikli hissə nəbati elementlərlə bəzədilmişdir. Nəbati elementlər çoxləçəkli
güllərdən, yarpaq və budaqlardan ibarətdir. Ağ yerlikli hissədə həm müxtəlif mürəkkəb nəbati, həm də “sadə islimi”lər
təsvir edilmişdir. Mehrabın üst hissəsində ara sahə boyunca ərəb əlifbası ilə yazılar işlənmişdir.
Xalçanın sürməyi yerlikli ana haşiyəsində açıq-yaşıl yerlikli kətəbələr təsvir edilmişdir. Ana haşiyənin yuxarı və aşağı
hissələrində iki, sağ və sol hissələrində dörd kətəbə vardır. Kətəbələrin kənarlarını açıq-qəhvəyi rəngli ensiz haşiyə əhatə
edir. Haşiyələrin kənarları isə daxildən qara, xaricdən isə zoğalı rəngli “su”larla tamamlanır. Kətəbələrdə ərəb əlifbası ilə
yazılar işlənmişdir.
1...,129,130,131,132,133,134,135,136,137,138 140,141,142,143,144,145,146,147,148,149,...362