141
Ana haşiyənin boşluqlarında, kətəbələrin arasında sək­
kizguşəli ulduzu xatırladan on iki səkkizləçəkli güllər vardır.
Ana haşiyənin digər boşluqları müxtəlif nəbati elementlərlə
doldurulmuşdur.
Xalçanın ana haşiyəsi hər iki tərəfdən açıq-qəhvəyi yer-
likli bala haşiyələrlə əhatə olunub. Bala haşiyələr ağ, mavi,
sürməyi, zoğalı, qəhvəyi rənglərlə işlənmiş səkkizləçəkli bö­
yük və kiçik ölçülü güllər, qırmızı, çəhrayı, sürməyi rəngli
qə­rənfillərlə bəzədilmişdir. Ana haşiyənin kənarları hər iki
tərəfdən şəkəri, zoğalı rəngli “su”larla tamamlanır.
Xalçanın kənar bala haşiyəsi xaricdən, daxili bala haşiyə isə
daxildən şəkəri, tünd-qəhvəyi rənglərlə işlənmiş “qarmaqlı”
adlanan haşiyə bəzəkləri ilə əhatə olunmuşdur.
Xalça şux və ürəkaçan rənglərlə tərtib edilmişdir. Əsas
rəng­lər ağ, qırmızı, açıq-yaşıl və qəhvəyidir. Yazıların aydın
oxun­ması və dolğun görünməsi üçün qara rəngdən istifadə
edilmişdir. Mavi və qəhvəyi rənglər əsas rənglərlə ustalıqla
uzlaşdırılaraq ümumi rəng düzümünü tamamlayır.
Xalçanın xovu və ərişi ipək, arğacı isə yarıipək, yarıpambıq
qatlıdır. Saçaqları ağ rənglidir. Saxlanma vəziyyəti tamdır.
Bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,131,132,133,134,135,136,137,138,139,140 142,143,144,145,146,147,148,149,150,151,...362