200
Təbriz xalçaçıları istər yundan, istərsə də ipəkdən olduqca gözəl xalçalar toxuyurdular. Onların ustalığından biri də yun
və ipək iplərin qarışığından olduqca gözəl və nəfis tərtibatlı xalça yarada bilmələri idi. Təbriz şəhərində peşəkar boyaqçılar
ipək ipləri artıq formalaşmış ənənə əsasında olduqca sakit tonlarda rəngləməyi bacarırdılar. Yun və ipək qarışıqlı xalçalar
xüsusi kübarlığı, incəliyi və gözoxşayan rəng tərtibatı ilə seçilirdi.
“Ləçək-turunc” kompozisiyası əsasında toxunmuş bu xalçanın bədii quruluşu ara sahə və haşiyədən ibarətdir.
“Ləçək-turunc” kompozisiyasından yalnız Təbrizdə deyil, bütün Yaxın Şərqdə və Mərkəzi Asiyada dekorativ-tətbiqi
incəsənətdə geniş istifadə olunmuşdur. Bu kompozisiya böyük ölçülü iki əsas elementdən, yəni turuncdan (medalyon)
və dörd ləçəkdən ibarətdir. Turunc ara sahənin mərkəzində, ləçəklər isə dörd küncdə simmetrik olaraq yerləşir. Sadə qu-
ruluşlu xalçalarda turuncla ləçəklər arasındakı sahə naxışsız və birrəng olur. Mürəkkəb kompozisiyalı xalçalarda isə bu
sahə üslublaşdırılmış çiçəkləri və yarpaqları olan spiralşəkilli budaqlarla bəzədilir. Turuncların və ləçəklərin forması xalça-
nın ölçüsündən asılıdır. Əgər xalçanın uzunluğu enindən böyükdürsə, ara sahənin mərkəzində yerləşmiş turunc uzunsov
forma alır. Əgər turuncu əhatə edən sahə eninə uzanırsa, onda turuncun özü də oval şəkildə (yumurtavari) olur. Dairəvi
medalyonlar bəzən səkkizbucaqlı, onikibucaqlı, nadir hallarda onaltıbucaqlı olur. Ləçəklər də müxtəlif formalarda olurlar.
Onlar ara sahənin künclərində üçbucaq şəklində yerləşirlər. Simmetrik ləçəklər çox vaxt düzbucaqlı üçbucaq şəklində, asim-
metrik ləçəklər isə itibucaqlı üçbucaqlar şəklində olur. Xalq sənətkarları asimmetrik ləçəklərə «ətəkli ləçək» deyirlər.
Ara sahənin qara rəngli yerliyində çəhrayı rəngli orta ölçülü medalyon və turunc yerləşdirilmişdir. Çəhrayı rəngli medal-
yonun mərkəzində isə açıq-qəhvəyi rəngli nisbətən kiçik ölçülü medalyon vardır. Kiçik ölçülü medalyonun orta hissəsində
şəkəri, boz, çəhrayı, yasəməni və narıncı rənglərlə işlənmiş onikiləçəkli “anagül” elementi, onun ətrafında isə şəkəri, narıncı
rənglərlə işlənmiş altı kiçik ölçülü dördləçəkli güllər, ağ saplaqlı, yasəməni rəngli yarpaqları olan altı, yeddi və səkkizləçəkli
güllər, mavi, zoğalı rəngli yarpaqlar və yarpaqlara birləşmiş formada təsvir edilmiş narıncı və xına rəngli üçləçəkli güllər
təsvir edilmişdir. Kiçik ölçülü medalyon xaricdən yasəməni rəngli dilikli və dalğavari “bulud” elementi ilə haşiyələnmişdir.
1...,190,191,192,193,194,195,196,197,198,199 201,202,203,204,205,206,207,208,209,210,...362