201
Çəhrayı rəngli böyük ölçülü medalyonun boş sahələri mavi, boz, qara, qəhvəyi, zoğalı, xına rəngli iki onləçəkli və şəkəri,
mavi, narıncı, zoğalı, qara, xına rəngli dörd səkkizləçəkli uzunsov formalı gül, çəhrayı, boz, mavi rəngli iki səkkizləçəkli
dairəvi güllərlə bəzədilmişdir. Güllərin arasındakı boş məsafələrdə şəkəri, boz, mavi, qəhvəyi, narıncı və xına rəngli kiçik
ölçülü gül-çiçək, yarpaq və bu elementləri bir-birinə bağlayan şəkəri rəngli nazik budaqlar təsvir edilmişdir.
Medalyonun daxili divarlarını xına rəngli aypara formalı elementlər, daxili divarlarını isə çəhrayı, boz, narıncı rənglərlə
işlənmiş kiçik ölçülü dördləçəkli güllər əhatə edir. Medalyonun yuxarı və aşağı hissələrində çəhrayı rəngli “qübbə”lər var-
dır. “Qübbə”lərin içərisi şəkəri, boz, qara, qəhvəyi, mavi rəngli kiçik ölçülü nəbati elementlərlə bəzədilmiş, baş hissəsində
isə ağac təsvirləri verilmişdir.
Ara sahədə müxtəlif nəbati elementlər və quş təsvirləri çəhrayı rəngli medalyonun ətrafında dairəvi formada bir-birinin
ardınca düzülmüşdür. Medalyonun sağ və sol hissəsi mavi yarpaqlı, şəkəri, çəhrayı, qəhvəyi rəngli üçləçəkli, beşləçəkli,
altıləçəkli gül salxımları ilə bəzədilib.
Çəhrayı, zoğalı, qəhvəyi, şəkəri, boz, yasəməni, mavi, qara, narıncı və xına rəngli altı, səkkiz, onləçəkli “anagül”lər bir-
aşı­rı əvəzlənərək, kompozisiyanın daha da dinamik görünməsinə səbəb olmuşdur. Güllərlə yanaşı, kompozisiyanı müxtəlif
formalı və müxtəlif ölçülü rəngarəng yarpaqlar daha da zənginləşdirir.
Xalçanın ara sahəsində on altı quş təsviri verilib. Quşlardan iki cütü ara sahənin sağ və sol hissələrində ağacın altında üz-
üzə təsvir edilmişdir. Bu quşların qanadı şəkəri, çəhrayı, sinəsi və quyruğu isə bozdur. Aşağı və yuxarı hissələrdə qəhvəyi
rəngin müxtəlif çalarlarında qanad çalan dörd quş, “qübbə”lərin sağında və solunda isə budaq üzərində çəhrayı, şəkəri və
boz rəngli dörd quş və onlardan aralı şəkəri, qəhvəyi, boz rəngli cəh-cəh vuran daha dörd quş vardır. Ara sahənin çəhrayı və
boz rənglərlə işlənmiş künclərində çəhrayı, qəhvəyi, qara, boz, mavi, narıncı, zoğalı, yasəməni, şəkəri və xına rəngli nəbati
elementlər təsvir edilmişdir.
Xalçanın çəhrayı rəngli ana haşiyəsində çəhrayı, qəhvəyi, qara, boz, mavi, narıncı, zoğalı, yasəməni, şəkəri və xına rəngli
güllər, budaqlar, yarpaqlar, salxım-güllər sıra ilə bir-birini əvəz edərək düzülmüşdür. Güllərin arasında boz rəngli, qəhvəyi
zolaqlı quyruğu olan quşlar vardır.
Açıq-qəhvəyi rəngli bala haşiyələrdə qara, çəhrayı, zoğalı, mavi rəngli qərənfil ləçəklərinə bənzər güllər və güllərin arasın-
da boz, mavi, çəhrayı, qəhvəyi, yasəməni rəngli kiçik ölçülü nəbati elementlər təsvir edilib.
Ana haşiyəni və bala haşiyələri boz yerlikli, mavi, zoğalı, qəhvəyi, narıncı rəngli dördləçəkli güllərlə və kiçik həndəsi
elementlərlə işlənmiş “zəncirə”lər əhatə edir.
Hər bir haşiyə zolağının daha da dolğun görünməsi üçün haşiyələr arasında şəkəri rəngli “su”lar işlənib.
Xalçada tətbiq edilən tünd-qara rəng yumşaq, netyral rənglərlə (çəhrayı, qəhvəyi, şəkəri, boz, yasəməni, mavi, narıncı
və xına rəngli) birləşərək, bir tərəfdən kompozisiyanı çox canlı nəzərə çarpdırır, digər tərəfdən isə sakitləşdirir. Haşiyənin
tərtibatında isə əsasən soyuq rənglərdən istifadə edilmişdir.
Xalçanın yuxarı və aşağı hissəsində şəkəri rəngli ipək saçaqlar vardır. Xalçanın xovu yun və ipək, ərişi, arğacı isə pambıq-
dır. Saxlanma vəziyyəti əladır.
Xalça tarixi, bədii, elmi əhəmiyyətə malikdir.
1...,191,192,193,194,195,196,197,198,199,200 202,203,204,205,206,207,208,209,210,211,...362