204
Peşəkar xalçaçılar tərəfindən toxunan bu xal-
ça olduqca mürəkkəb kompozisiya həlli ilə ya-
naşı, sakit rəngləri ilə də seçilir. Yüksək sıxlığa
malik olan bu xalçada incə ornamentlər aydın
nəzərə çarpır.
Böyük mədəniyyət və ticarət mərkəzi olan
Təbriz şəhərinin mühüm karvan yollarının
üstündə yerləşməsi onun mədəni və ictimai
həyatına təsirsiz ötüşmürdü. Böyük xalçaçılıq
mərkəzi olan bu şəhərin xalçaçıları öz işlərini
daha da təkmilləşdirmək üçün yeni kompozisi-
yaları və naxışları xalçalara əlavə edirdilər.
Xalça “Ləçək-turunc” kompozisiyası əsasında
to­xunmuşdur. Xalçanın bədii quruluşu ara sa­
hə və haşiyə hissəsindən ibarətdir.
Ovalşəkilli ara sahənin şəkəri yerliyində
səkkizguşəli ulduz təsvir edilib. Ulduz sa­rı,
mavi, çəhrayı, qəhvəyi, sürməyi rəngli gül­
lərdən və yarpaqlardan ibarətdir. Ulduzun
mərkəzində sürməyi yerlikli səkkizləçəkli in-
nabı, mavi, qəhvəyi, sarı, çəhrayı, açıq-yaşıl
rəngli gül yerləşdirilmişdir.
Sürməyi, innabı, mavi, qəhvəyi, çəhrayı
rəng­li kiçik ölçülü gül və yarpaqlardan iba­rət
“qübbə”lər kompozisiyanı daha da zən­gin­
ləşdirir.
Ara sahənin kənarları sarı, mavi, çəhrayı,
qəh­vəyi, sürməyi rəngli nəbati elementlər və
quş təsvirləri ilə bəzədilib. Gül dəstələri, in­
nabı-qəhvəyi-sarı rəngli budaqlar və “islimi”
naxışları ara sahəni bəzəyir. Ara sahənin yuxa-
1...,194,195,196,197,198,199,200,201,202,203 205,206,207,208,209,210,211,212,213,214,...362