205
rı və aşağı hissəsində mavi rəngli cüt quşlar,
künclərdə, sağ və sol hissələrdə isə quşlar tək-
tək budaqlar üstündə təsvir edilmişdir. Ara
sahənin yuxarı və aşağı hissəsində işlənmiş
gül dəstələri kənar hissə ilə mərkəz hissəni
birləşdirir. Ara sahəni açıq və tünd-qəhvəyi
rənglərlə işlənmiş “cağ”lar əhatə edir.
Xalçanınşəkəriyerlikli anahaşiyəsindəzoğalı
və qara rəngli dalğavari xətlərin arasında sarı,
mavi, çəhrayı, qəhvəyi, sürməyi, innabı, yaşıl,
qara rəngli gül çələngləri yerləşdirilmişdir.
Güllər iki cərgədə müxtəlif rənglərlə təsvir
edilmişdir. Dalğavari xətlərin içərisində ma-
vi-qara-innabı rəngli səkkizləçəkli kiçik güllər
vardır. Ana haşiyəni əhatə edən bala haşiyələr
də müxtəlif rəngli və müxtəlif formalı güllər
və budaqlarla birləşdirilmişdir. Haşiyələr ara-
sında mavi-çəhrayı və mavi-sarı rəngli “siçan-
dişi” elementləri işlənmişdir.
Zəngin nəbati naxış tərtibatına malik olan
bu xalçada bir rəngdən digərinə keçid yüksək
peşəkarlıq və qanunauyğunluqla həll edilmiş-
dir. Bitki motivlərinin kiçik ölçülü olmasına
baxmayaraq, rənglər ustalıqla paylaşdırılmış
və çox baxımlı bir rəng düzümü yaradılmışdır.
Xalçanın yuxarı və aşağı hissəsində şəkəri
rəngli saçaqlar vardır; saxlanma vəziyyəti
əladır. Tarixi, bədii, elmi əhəmiyyətə malikdir.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır.
1...,195,196,197,198,199,200,201,202,203,204 206,207,208,209,210,211,212,213,214,215,...362