292
“Heris” xalçaları keyfiyyətli yundan alınmış ipləri, həmçinin əriş və
arğacı ilə seçilirdi. Düzdüyüm üsulu ilə toxunan bu xalçaların ilmələri
olduqca sıxdır. Məhz bu sıxlıq onun uzunömürlü olmasına səbəb oldu-
ğundan, xalça bütün dünyada geniş şöhrət qazanmışdır. Təsvir olunan
naxışların zənginliyi və çoxçeşidliliyi “Heris” xalçalarına bənzərsizlik
bəxş edir. XII-XIII əsrlərdə yaranmış tarixi şərait və ticarət əlaqələrinin qu-
rulması bu naxış kompozisiyasının qonşu xalqların xalçaçılıq ənənəsinə
təsir etmişdir. Misal olaraq, Osmanlı ərazisində toxunan “Uşaq” xalçala-
rının kompozisiyalarını göstərmək olar. Rəng həllində harmoniyanın qo-
runması bu xalçaların görünüşünü fərqli edir. Xalçaçıların əsrlərdən bəri
yaddaş saxladıqları naxışlardan istifadə etməsi stilləşmiş elementlərin
zənginliyinə səbəb olur. Qırmızı və göy rənglərin bir-birini tamamlaması,
ənənəvi naxışların stilləşmiş şəkildə xalçanın ara sahəsində iştirakı ümu-
mi görünüşə xüsusi dinamika bəxş edir.
“Heris” xalçaları çox orijinal bədii tərtibata malikdir. Bədii quruluşuna
görə “Ləçək-turunc” kompozisiyasına bənzəyir. “Ləçək-turunc” kompo-
zisiyasına xas olan əyrixətli nəbati naxışlar “Heris” xalçalarında da tətbiq
edilir. Lakin zaman keçdikcə bu kompozisiyanın naxışları sərbəst xalça
çeşnisinə çevrilmişdir.
“Heris” xalçaları kompozisiya tərtibatı ilə əlaqədar olaraq, böyük ölçülər­
də toxunurdu.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Xalçanın kərpici rəngli ara sahəsinin mərkəzində göy yerlikli, kənarları
dilikli altıbucaqlı göl yerləşdirilmişdir. Gölün aşağı və yuxarı hissələrində
mavi, qırmızı, göy və ağ rənglərlə tərtib edilmiş “qübbə” təsvir edilmişdir.
“Qübbə”dən xalçaçılar, adətən, kompozisiyanın bağlayıcı elementi kimi
istifadə edirlər. Diliklərin ucları mavi, ağ, qəhvəyi rəngli güllərlə tamam-
lanmışdır. Gölün mərkəzində isə çəhrayı rəngli “kətəbə” yerləşdirilmiş,
qalan boşluqlar isə qırmızı, ağ, mavi, sarı rəngli nəbati və həndəsi
elementlərlə doldurulmuşdur. Kətəbənin mərkəzindəki göy yerlikli rom-
bun içində ağ, mavi, şəkəri rəngli kiçik göl yerləşdirilmişdir.
Ara sahənin künclərində mavi yerlikli dilikli yarımçıq göl təsvir edil-
mişdir. Bu yarımçıq göllər birləşdirildikdə böyük ölçülü “göl”ə çevrilir.
Yarımçıq göllərin ara sahəsində çəhrayı, göy, mavi rəngli həndəsi ele-
ment yerləşdirilmişdir. Qalan boşluqlar isə çəhrayı, mavi, şəkəri, qəhvəyi,
ağ rəngli nəbati elementlərlə doldurulmuşdur. Gölün kənarları ağ,
mavi rəngli “ox”şəkilli elementlərlə bəzədilmişdir. Ara sahənin kərpici
yerliyində göy rəngli altıləçəkli güllər işlənmişdir.
1...,282,283,284,285,286,287,288,289,290,291 293,294,295,296,297,298,299,300,301,302,...362