284
Qaşqay kilimlərinin rənginin davamlı olması və yuyulduqda solmaması ona dünya şöhrəti gətirmişdir. Qaş-
qaylarda ipin əyirilməsindən başlayaraq, xalçanın toxunmasına qədər olan proses qadınlar tərəfindən icra olu-
nur. Olduqca mürəkkəb və çoxçeşidli naxışları ilə seçilən bu kilimlər rəssam təxəyyülünün məhsulu deyildi.
Xalçaçılar bu naxışları nəsildən-nəslə ötürülən yaddaşa əsaslanaraq toxuyurdular. Qaşqay xalçalarının rəng və
naxış həllinə görə onların hansı nəsil tərəfindən toxunduğunu müəyyən etmək mümkündür. Kilim toxuyarkən
qaşqaylar yunun rənginə də xüsusi diqqət yetirirdilər. Xalça ustaları yüksək peşəkarlıqla müxtəlif rəngli yunlar-
dan müxtəlif rəngli iplər ala bilirdilər.
Kilimin kompozisiyası ara sahədən və haşiyə hissəsindən ibarətdir.
Ara sahədə şaquli istiqamətdə üç bütöv və bir yarımçıq rombvari göl yerləşdirilmişdir. Göllər bir-birinə ziq-
zaqvari şəkildə birləşdirilmişdir. Göllər müxtəlif rəngli “dilikli” elementlərin birləşməsindən əmələ gəlmişdir.
Hər bir gölün ilk üç bəzək zolağı sürməyi, ağ, qəhvəyi rənglərlə işlənmişdir. Göllərin bəzəklərini təşkil edən
“dilik”lərin sonrakı rəng ardıcıllığı yuxarı hissədəki yarımçıq göldə göy, açıq-qırmızı, yaşıl, ağ, tünd-qəhvəyi,
ikinci göldə mavi, açıq-qırmızı, tünd-yaşıl, tünd-qəhvəyi, ağ, üçüncü göldə açıq-yaşıl, açıq-qırmızı, sürməyi, sarı,
tünd-qəhvəyi və nəhayət, dördüncü göldə isə göy, açıq-qırmızı, tünd- yaşıl, tünd-qəhvəyi, ağ, innabı rənglərlə
tərtib edilmişdir.
1...,274,275,276,277,278,279,280,281,282,283 285,286,287,288,289,290,291,292,293,294,...362