293
Xalçanın göy yerlikli ana haşiyəsindəmavi-şəkəri, çəhrayı-
mavi rəngli səkkizləçəkli gül və mavi-şəkəri, çəhrayı-mavi
rəngli budaqlar təsvir edilib.
Mavi və açıq-qəhvəyi yerlikli bala haşiyələr qara, çəhrayı,
ağ rəngli rombşəkilli, saplaqlı güllərlə bəzədilib. Aşağı və
yuxarı haşiyələrdə bu elementlər üfüqi, sağ və sol hissələrdə
isə şaquli istiqamətdə işlənmişdir.
Ana haşiyə ilə mavi yerlikli bala haşiyəni, ana haşiyə ilə
şəkəri yerlikli “zəncirə”ni bir-birindən açıq-qəhvəyi və qara
rəngli “siçandişi”lər ayırır. “Zəncirə”lər şəkəri-qəhvəyi və
mavi-qırmızı rənglərlə işlənmişdir.
Açıq-qəhvəyi yerlikli bala haşiyəni hər iki tərəfdən ağ-
qırmızı rəngli “mədaxil”lər tamamlayır.
Ara sahəni açıq-qəhvəyi və qara rəngli “siçandişi”lər
əhatə edir. Bütün haşiyə zolaqları bir-birindən qara rəngli
“su”larla ayrılır.
Xalçanın rəng seçimində kontrast rənglərdən istifadə
olunması ona şux görünüş gətirmişdir. Əsas gözəçarpan
rənglər kərpici və göy rənglərdir. Qalan rənglər isə bərabər
ölçüdə işlədilmişdir. Mavi, çəhrayı, açıq-qəhvəyi, ağ, şəkəri
rənglər əsas rənglərlə uzlaşaraq, xalçaya tamamlayıcı görü-
nüş gətirmişdir.
Xalçada bir rəngdən digərinə keçid yüksək peşəkarlıqla
həll edilmiş və hər kəsi valeh edən, çox baxımlı rəng palit-
rası yaradılmışdır.
Xalçanın saxlanma vəziyyəti əladır. Bədii, tarixi, elmi
əhəmiyyət kəsb edir. Xalçanın xovu, əriş və arğacı yundan-
dır.
1...,283,284,285,286,287,288,289,290,291,292 294,295,296,297,298,299,300,301,302,303,...362