289
Ara sahənin dörd küncündə mərkəzdəki “göl” və “qübbə”nin dörddə bir hissəsi təsvir edil-
mişdir. Bəzək elementləri və rəngləri eynilə mərkəzdəki kimi zoğalı, çəhrayı, mavi, açıq və tünd-
qəhvəyi rənglərlə işlənmiş “anagül”lər, çəhrayı, zoğalı, açıq-yaşıl rəngli beşləçəkli, altıləçəkli kiçik
güllər və şəkəri, çəhrayı, qəhvəyi rəngli “dolama islimi”lərdir. Sadəcə aşağı tərəfdə sağ hissədən
sürməyi rəngli iki zolaq keçir.
Zoğalı yerlikli ana haşiyə zəngin naxış tərtibatına malikdir. Ana haşiyə­də şəkəri yerlikli, qəhvəyi
rəngli budaq və gülləri olan sərv ağacı, boz rəngli gövdəsi, ağ, qəhvəyi rəngli beşləçəkli, altıləçəkli
gülləri və qəhvəyi yarpaqları olan çiçəklənmiş ağac, boz, açıq-qəhvəyi rəngli uzun budaqları və
tünd-qəhvəyi, çəhrayı, şəkəri rəngli gülləri olan daha bir ağac və çəhrayı, şəkəri, qəhvəyi rəngli
gül çələngləri təsvir edilmişdir. Bu təsvirlər biraşırı əvəzlənərək, ana haşiyəni zəngin və baxımlı
edir.
Qəhvəyi yerlikli bala haşiyələrdə ağ, çəhrayı rəngli dördləçəkli güllər təsvir edilmişdir.
Şəkəri yerlikli “mədaxil”lər zoğalı, mavi, açıq və tünd-qəhvəyi rəngli nəbati elementlərlə
bəzədilmişdir.
Bütün haşiyə zolaqları zoğalı, mavi, açıq və tünd-qəhvəyi rəngli “su”larla əhatə olunub.
Xalçanın rəng tərtibatında şux rənglərdən istifadə olunması onun görünüşünə daha çox gözəllik
qatır. Qırmızı rəngin kəskinliyi şəkəri, qəhvəyi və mavi rənglərlə tənzimlənmişdir. Həm “göl”,
həm də haşiyələrdə şəkəri rəng­dən çox istifadə edilməsi fonun tünd rəngini, demək olar ki,
görünməz edir, gözə ancaq sakit rənglərin üstünlüyü dəyir.
Xalçanın yuxarı və aşağı hissələrində açıq-qəhvəyi rəngli saçaqlar vardır. Xalçanın xovu yun,
əriş və arğacı pambıqdır. Saxlanma vəziyyəti əladır. Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,279,280,281,282,283,284,285,286,287,288 290,291,292,293,294,295,296,297,298,299,...362