296
Bu tip xalçalarda həndəsi naxışlar üstünlük təşkil edir. Belə naxışlı xalçalar həddən artıq qiymətlidir və bu xalçalara tələbat
çoxdur. Tünd-qırmızı və şəkəri rənglərin üstünlük təşkil etdiyi bu cür xalçalar gözəl görünüşü ilə fərqlənir. Bu xalçalar,
adətən, tünd-qırmızı, tünd-sürməyi, qara, şəkəri, qəhvəyi və oxra rəngli yerliyə malik olurlar. Bu xalçanın saçaqları müxtəlif
rəngli ipəkdəndir; əsasən, yüngül və nazik xova malik olurlar.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir. Xalça soldan-sağa istiqamətlənmiş “Sıralı-buta“ kompo-
zisiyası əsasında toxunmuşdur.
Ara sahənin kompozisiyasını “buta” elementləri təşkil edir. Şəkəri yerlikdə təsvir edilmiş “buta”lar düzülüşünə görə tirmə
parçalarını xatırladır. Üfüqi istiqamətdə bir-birinin ardınca düzülmüş eyni formalı, eyni ölçülü “buta” elementləri xalçaya
dinamik görünüş verir. “Buta”lar qırmızı, qara, mavi, şəkəri, yaşıl rənglərlə işlənmişdir.
“Buta” Azərbaycan dekorativ-tətbiqi sənətində geniş yayılmış, çoxsaylı mürəkkəb formaya malik olan naxış
elementlərindəndir. Bütün dekorativ sənət əsərlərində, o cümlədən xalçaçılıqda buta təsviri sərbəst bir bəzək elementi kimi
işlənir.
Bu xalçada təsvir olunan “buta” elementi mürəkkəb formaya malikdir. Toxucular arasında “Sərabi-buta” və ya “Mir-buta”
kimi tanınır. Butaların arasındakı boşluqlar qara, çəhrayı, yaşıl, mavi, ağ, qırmızı rəngli kiçik ölçülü gül-çiçək motivləri ilə
doldurulmuşdur.
Ara sahəni hər tərəfdən qırmızı rəngli “su”lar əhatə edir.
Xalçanın ana haşiyəsinin bəzəyi ara sahənin bəzəyi ilə həm rəng, həm də bədii cəhətdən ahəngdardır.
Qırmızı yerlikli ana haşiyədə şəkəri, mavi, yaşıl, qırmızı, qara rəngli bir-birinə budaqlarla zəncirvari formada birləşmiş
gül, aralarında isə “buta” elementləri təsvir edilmişdir. Butalar düzülüşünə görə müxtəlif mənalar kəsb edir. Burada həm
“küsülü buta”, həm də “sevgili buta” elementlərini görmək olar.
1...,286,287,288,289,290,291,292,293,294,295 297,298,299,300,301,302,303,304,305,306,...362