299
Təbrizdə toxunan yun xalçalar özünün rəng çaları, sakit tonları ilə
yaxın Şərqdə və qərbi Avropada geniş şöhrət tapmışdır. Keyfiyyətli
yun və ondan alınan iplərin xüsusi ustalıqla müxtəlif çalarlarla bo-
yadılması bu xalçaların kompozisiyasında əks olunan ornamentlərin
qabarıq nəzərə çarpmasına xidmət edir. Məhz rəng çalarına görə ol-
duqca zəngin naxışlar bir-birinə qarışmayaraq, ahəngdar surətdə se-
çilir.
Mürəkkəb naxış tərtibatına malik olan bu xalçanın bədii quruluşu
ara sahə və haşiyə hissəsindən ibarətdir.
Şəkəri yerlikli ara sahədə müxtəlif formalı və ölçülü ağac, gül-çiçək
və stilləşmiş quş təsvirləri vardır.
Xalçanın ara sahəsinin yuxarı hissəsində zoğalı və açıq-qəhvəyi
gövdəsi və budaqları olan güllü, yarpaqlı ağac təsvir edilib. Ağacın
budaqları sağ, sol və yuxarı istiqamətə şaxələnmişdir. Güllər qəhvəyi,
sarı, zoğalı, sürməyi, açıq-yaşıl, sarı, moruğu, sarı, mavi, açıq-qəhvəyi,
qönçələr isə zoğalı, açıq-yaşıl, sürməyi, açıq-yaşıl yarpaqlar isə qarpı-
zı və yaşıl rənglərlə tərtib edilmişdir.
Ara sahənin sağ və solunda, mərkəzə yaxın boşluqlardakı iki böyük
ağac motivi ümumi kompozisiyanı daha da zənginləşdirir.
Açıq-qəhvəyi gövdəli və budaqlı, eyni formaya malik olan bu ağac-
lar qırmızı, moruğu, sürməyi, şəkəri, açıq-qırmızı, açıq-yaşıl, çəhrayı,
qırmızı rəngli güllər, sürməyi, açıq-yaşıl, çəhrayı, açıq-qəhvəyi rəngli
qönçələr, açıq-yaşıl və qarpızı yarpaqlarla bəzədilmişdir. Ağacların
budaqlarında qoşa quş təsvirləri vardır.
Xalçanın ara sahəsinin aşağı hissəsində, mərkəzdə böyük ölçülü
güldan təsvir edilib. Güldanın yerliyi zoğalı, kənarları sağ və soldan
açıq-yaşıl, mavi, yuxarı boğaza yaxın hissəsi sürməyi, yuxarı hissə
isə zoğalı-açıq-yaşıl rənglərlə işlənmişdir. Güldanın üzəri müxtəlif öl-
çülü güllər və çiçəklərlə bəzədilib. Güldanın içərisində güllü-çiçəkli,
qönçəli, yarpaqlı dəstə vardır. Ağaclardakı gül-çiçəklərin, qönçələrin,
yarpaqların rəngi güldanın içərisindəki dəstə gül-çiçəklərdə,
qönçələrdə və yarpaqlarda da təkrarlanır.
Güldanın sağ və solunda – hər tərəfdə kiçik və böyük ölçülü qoşa
ağac təsvirləri vardır. Zoğalı, çəhrayı güllü ağacların altında üzü
haşiyə zolağına və aşağı istiqamətlənmiş qoşa quş təsvirləri verilib.
Xalçanın şəkəri yerlikli enli haşiyəsi müxtəlif nəbati elementlərlə
doldurulub. Nəbati elementlər bir-birinə dalğavari budaqlarla bir­
ləşdirilib. “İslimi” adlandırılan bu nəbati elementlər bir-biri ilə
birləşərək, ümumilikdə “buta”yabənzər forma almışdır. Bu ele­
mentlərin içərisi mavi, kənarları isə zoğalı rənglə tərtib edilib. Bu­
tayabənzər motivlərin içərisində şəkəri, zoğalı gül-çiçəklər iş­
lənmişdir. Haşiyə boşluqları “anagül” adlandırılan motivlərlə və
yarpaqlarla doldurulub. Güllər moruğu, açıq-qəhvəyi, açıq-yaşıl;
yarpaqlar isə kərpici, açıq-yaşıl, açıq-qəhvəyi rənglərlə işlənmişdir.
Gülləri, yarpaqları və butayabənzər motivləri birləşdirən budaqların
kənarları sürməyi “su”larla tamamlanır.
Ara sahədəki ağacların və digər motivlərin kənarlarındakı sürməyi
rəngli “su”lar onları daha canlı nəzərə çarpdırır. Enli haşiyə hər iki
tərəfdən içərisində sürməyi, mavi rəngli güllər və yaşıl rəngli yar-
paqlarla işlənmiş mədaxillərlə əhatə olunub. Mədaxillər mavi, qırmı-
zı rəngli “mollabaşı”lar işlənmiş zəncirələrlə tamamlanır. Mədaxillər
və zəncirələrin kənarları sürməyi, şəkəri “su”larla işlənmişdir.
Xalça zəngin rəng çalarlarına malikdir. Kontrast və sakit rənglərin
xüsusi düzümü nəticəsində çox xoşagəlimli bir rəng palitrası yaradıl-
mışdır. Təbriz xalçaları üçün xarakterik olan rəng tarazlığı bu xalçada
yüksək peşəkarlıqla saxlanılmışdır.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır. Saxlanma vəziyyəti
əladır. Bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,289,290,291,292,293,294,295,296,297,298 300,301,302,303,304,305,306,307,308,309,...362