302
Təbriz xalçaçılıq ənənəsi özünün qədimliyi, incə və zərifliyi ilə se-
çilmiş, dünya şöhrəti qazanmışdır. Xüsusilə, XVI-XVII əsrlər Təbriz
xalçalarının kamilləşmə dövrü kimi dəyərləndirilmə­lidir. Təbriz xal-
çaları özünün bədii tərtibatı ilə qonşu xalqların xalçaçılıq ənənələrinə
də güclü təsir göstərmişdir. Bu mənada “Ləçək-turunc” kompozisi-
yasının da digər xalqların xalça sənətinə təsirini qeyd etmək lazımdır.
XVI əsrdə yaranmış tarixi şərait bu tip xalçaların Osmanlı ərazisində
yayılmasına gətirib çıxarmışdır. Tezliklə eyni kompozisiyalı xalçalar
oradakı sənətkarlar tərəfindən də toxunmağa başladı.
Yüksək sıxlıqda toxunan bu xalçada da naxışların incəliyi, zərifliyi
aydın duyulur.
Xalça “Ləçək-turunc“ kompozisiyası əsasında toxunmuşdur.
Mürəkkəb bədii quruluşa malik olan bu xalçanın sürməyi yerlik­
li ara sahəsində kərpiciyə çalan qırmızı yerlikli, böyük ölçülü
göl yerləşdirilib. Gölün yuxarı və aşağı hissələrindən xalçanın
künclərinə doğru istiqamətlənən hissəsi dəbbə (misdən düzəldilmiş
məişət əşyası) formalıdır. Bu hissələrdə şəkəri yerlikdə mavi rəngli
altıləçəkli, çəhrayı, açıq-qəhvəyi, sarı, qırmızı rəngli beşləçəkli gül-
çiçək, tünd və açıq-yaşıl, tünd-yaşıl-qırmızı yarpaqlarla dolu ağac
təsvirləri verilib. Bu hissələrin sağ və solunda ara sahənin künclərinə
doğru açıq- yaşıl, ağ, mavi, qırmızı, şəkəri, sarı, çəhrayı rənglərlə
işlənmiş güllü-çiçəkli budaqlar şaxələnir. Xalçanın künclərindəki
budaqlar sarı, qırmızı rənglərlə, gölün içərisindəki qırmızı yerlikdə
işlənən budaqlar isə açıq-yaşıl rənglə tərtib edilib.
1...,292,293,294,295,296,297,298,299,300,301 303,304,305,306,307,308,309,310,311,312,...362