288
Təbriz şəhərinin toxuculuq ənənəsində “Ləçək-turunc” kom-
pozisiyasından geniş istifadə edilmişdir. Hər bir xalçaçı ona
xüsusi çalar, bir fərqli element artırmaqla gözəlliyini,
incəliyini daha qabarıq göstərməyə çalışmışdır.
Təbiət elementlərinin naxışa çevrilərək xalçada xüsu-
si ahənglə bir-biri ilə uzlaşması “Ləçək-turunc” kom-
pozisiyasının gözəlliyini əks etdirir. Toxucular yüksək
sıxlıqda toxunan bu xalçada elementlərin dəqiqliyini
böyük məharətlə göstərə bilmişlər.
Xalça “Ləçək-turunc” kompozisiyası əsasın­da to-
xunmuşdur. Xalçanın kompozisiyası ara sa­hədən
və haşiyə hissəsindən ibarətdir.
Qırmızı yerlikli ara sahənin mərkəzində
qəhvəyi rəngli səkkizguşəli dairəvi göl
yerləşdirilmişdir. Gölün mərkəzində
şəkəri rəngli səkkizləçəkli gül, gülün
hər ləçəyinə birləşik formada zoğalı, çəhrayı,
mavi, açıq və tünd-qəhvəyi rənglərlə işlənmiş
“anagül”lər, çəhrayı, zoğalı, açıq-yaşıl rəngli
beşləçəkli, altıləçəkli kiçik güllər və şəkəri, çəhrayı,
qəhvəyi rəngli “dolama islimi”lər təsvir edilmişdir.
Səkkizləçəkli gülün mərkəzi zoğalı, çəhrayı, mavi,
açıq və tünd-qəhvəyi rəngli onaltıləçəkli gül, hər ləçəyi
isə zoğalı, çəhrayı, mavi, açıq və tünd-qəhvəyi rəngli
yarpaqlı, güllü budaqlarla bəzədilmişdir.
Böyük ölçülü gölün hər guşəsinə xaricdən səkkiz,
onbirləçəkli şəkəri və qəhvəyi rənglərlə işlənmiş güllər
birləşdirilmişdir. Gölün yuxarı və aşağı hissələrində şəkəri,
çəhrayı, mavi, zoğalı, tünd və açıq-qəhvəyi rəngli “qübbə”lər
yerləşdirilmişdir.
1...,278,279,280,281,282,283,284,285,286,287 289,290,291,292,293,294,295,296,297,298,...362