285
Gölləri əhatə edən “dilikli” elementlər isə açıq-
qırmızı, mavi, açıq-qəhvəyi, açıq-yaşıl rənglərlə
işlənmişdir.
Ara sahənin yuxarı sağ və sol hissələrində mər­
kəz­dəki göllərin düzülüşü kimi, sadəcə yarımçıq
formalı göllər təsvir edilmişdir. Yalnız mərkəzi
hissədə yarımçıq rombvari göl yuxarıda, sağ və
sol hissədə isə aşağıda təsvir edilmişdir. Mərkəzi
hissədəki göllər ara sahədən seçilməsi üçün
sürməyi rənglə, kənarlardakı yarımçıq göllər isə
qara rənglə haşiyələnmiş­dir. Yarımçıq göllərin
ilk üç bəzəyi qara, sarı, açıq-qəhvəyi rənglərlə
işlənmişdir. Sonrakı ardıcıllıq yuxarıdan birinci
və ikinci göldə tünd-yaşıl, ağ, tünd-qəhvəyi, mavi,
üçüncü göldə və dördüncü yarımçıq göldə açıq-
yaşıl, açıq-qırmızı, sürməyi, ağ rənglərlə tərtib
edilmişdir.
Yuxarı hissədə üçüncü gölün ağ rəngli mər­
kəzində kiçik hissə bərpa edilmişdir. Kilimin dörd
tərəfini açıq-qırmızı, açıq-yaşıl, açıq-qəh­vəyi, ağ,
sürməyi rəngli, “dilikli” adlı haşiyə zo­lağı əhatə
edir.
Kilimin aşağı və yuxarı hissələrində açıq-qırmızı,
yaşıl, qəhvəyi rəngli “su”lar işlənmişdir.
Sürməyi, ağ və açıq-qırmızı, yaşıl rəngli dördbu-
caqlı elementlərlə bəzədilmiş ensiz zolaqlar haşiyə
qurşağını yuxarı və aşağı hissələrdən ta­mamlayır.
Bu zolaqlar, əsasən, “zili” xovsuz xalçalarının na-
xış tərtibatında tətbiq edilir.
Kilimin çox əlvan və rəngarəng tərtibatı var­dır.
İsti və soyuq rənglərin bir-birini əvəz et­mə­si ona
dinamik görünüş gətirir.
Kilim yüksək rəng duyumu olan peşəkar usta
tərəfindən toxunmuşdur. Bu peşəkarlıq özünü
rənglərin xüsusi qanunauyğunluqla bir-biri ilə uz-
laşdırılmasında büruzə verir.
Kilimin yuxarı və aşağı hissələrində şəkəri rəng­
li saçaqlar vardır. Kilimin əriş və arğacı yun­dur.
Saxlanma vəziyyəti əladır. Kilim tarixi, bədii, elmi
əhəmiyyətə malikdir.
1...,275,276,277,278,279,280,281,282,283,284 286,287,288,289,290,291,292,293,294,295,...362