297
Ana haşiyəni hər tərəfdən xalçaya xüsusi gözəllik verən, ümumi
kompozisiyanı tamamlayan qara, qırmızı rəngli, bir-birinə dalğa-
vari budaqlarla bağlanmış, çiçəklərlə bəzədilmiş mavi yerlikli bala
haşiyələr əhatə edir.
Bala haşiyələr hər tərəfdən “siçandişi”lərlə əhatə olunub. “Si­çan­
dişi”lərin kənarlarını zoğalı rəngli “su”lar tamamlayır.
Xalçanın rəng tərtibatında qırmızı, şəkəri, qara, kərpiciyə çalan qır-
mızı, ağ, mavi, açıq-yaşıl, çəhrayı rənglərdən istifadə olunmuşdur.
Təbriz xalçaları üçün səciyyəvi olan rənglər bu xalçada yüksək
peşəkarlıqla tərtib edilmiş, ənənəvi kolorit uzlaşması, rəng tarazlığı
saxlanılmışdır. Xalçanın bədii keyfiyyətini yüksəldən amillərdən biri
də rəng prinsiplərinə düzgün əməl edilməsidir.
Xalçanın saçaqları çox rəngarəngdir. Ara sahədə və haşiyə zolaq-
larında tətbiq olunan rənglər saçaqlarda da təkrarlanır. Saçaqlar ağ,
çəhrayı, mavi, şəkəri, qəhvəyi rənglərlə işlənmişdir.
Xalçanın xovu yun, əriş və arğacı ipəkdir.
Xalça elmi, bədii, tarixi, əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti
əladır.
1...,287,288,289,290,291,292,293,294,295,296 298,299,300,301,302,303,304,305,306,307,...362