306
XVIII əsrin ortalarından başlayaraq, xalçaçılıq ənənəsində yenilənmə meyilləri duyuldu. Xüsusən
də, Təbriz xalçalarının Avropa bazarına çıxaraq, orada geniş yayılması yeni ənənələrə yol açdı.
Qərbi Avropa dəbinin şərtlərini anlayan toxucular mövcud ənənə ilə yeni elementlərin sintezini
yaratmağa çalışırdılar. Daha çox sifarişə və alıcı istəyinə uyğun olan belə xalçalar geniş yayılmaqla
bərabər, həm də xalçaçıların daha da peşəkarlaşmasına rəvac vermiş oldu. Burada yaşayan əhalinin
inancları, dünyagörüşü xalçadakı yerini qoruyub saxlasa da, müəyyən forma dəyişikliklərinə uğ-
ramışdır.
Xalçanın ara sahəsi şaquli istiqamətli rapportlara bölünmüşdür. Rapportların yerliyi zoğalı,
sürməyi və ağ rənglərlə tərtib edilmişdir. Xalçanın sürməyi yerlikli rapportlarında mavi rənglə
tərtib edilmiş dalğavari budaqlarda şəkəri, qəhvəyi, sürməyi, çəhrayı rəngli güllər və açıq-yaşıl
rəngli yarpaqlar təsvir edilmişdir .Güllü, yarpaqlı budaqlar şəkəri rənglə, kənarları isə sürməyi
“su”larla işlənmişdir. Mavi rəngli dalğavari budaqların üzərindəki zoğalı rəngli nöqtələr çox ay-
dın nəzərə çarpır. Dalğavari budaqların kənarları hər iki tərəfdən sürməyi rəngli “su”larla əhatə
olunub.
Sürməyi yerlikli rapportun içərisindəki dalğavari budaqlar zoğalı, üzərindəki nöqtələr mavi,
kənarlarındakı “su”lar isə şəkəri rənglə tərtib edilmişdir. Dalğavari budaqların üzərindəki çıxıntılı
budaqlar şəkəri rənglə, kənarları zoğalı rənglə, güllər mavi, qəhvəyi, çəhrayı, yarpaqlar isə açıq-
yaşıl rənglə tərtib edilmişdir.
Xalçanın şəkəri yerlikli rapportlarındakı dalğavari budaqlar sürməyi rənglə, üzərindəki nöqtələr
şəkəri rənglə, kənarlarındakı “su”lar isə zoğalı rənglə tərtib edilmişdir.
Dalğavari budaqlardan şaxələnən kiçik ölçülü budaqlar qəhvəyi rənglə, kənarları sürməyi rənglə,
güllər zoğalı, sürməyi, mavi, qəhvəyi, yarpaqlar isə açıq və tünd-yaşıl rənglərlə işlənmişdir.
Xalçanın eni istiqamətində rapportların yerliyi, budaqların və güllərin rəngi, həmçinin kə­
narlarındakı “su”ların rəngləri dəyişdirilərək, xüsusi ahəng yaradılmışdır.
Rapportları əhatə edən ensiz zolaqlar, dalğavari düzülüşlə işlənmiş budaqlar gül və yarpaqlarla
bəzədilmişdir.
Soldan birinci şəkəri yerlikli ensiz zolaqdakı qırmızı güllər və yaşıl yarpaqların rəngi digər şəkəri
yerlikli zolaqlarda da təkrarlanır. Zoğalı yerlikli zolaqlardakı güllər mavi rənglə, budaqlar sürməyi
rənglə, yarpaqlar isə ağ rənglə tərtib edilmişdir. Eyni rəngli motivlər digər zoğalı rəngli zolaqlarda
da tərtib edilmişdir.
Xalçanın sürməyi yerlikli zolaqlarındakı budaqlar şəkəri, bəzi hissələrdə zoğalı, güllər qırmızı,
yarpaqlar yaşıl, kənarlarındakı “su”lar isə şəkəri rənglə tərtib edilib.
Şəkəri yerlikli zolaqların kənarları qəhvəyi, qırmızı, mavi, qırmızı yerlikli zolaqların kənarları
yaşıl, zoğalı, sürməyi yerlikli zolaqların kənarları isə zoğalı, qırmızı, mavi, qəhvəyi “su”larla ta-
mamlanır.
1...,296,297,298,299,300,301,302,303,304,305 307,308,309,310,311,312,313,314,315,316,...362