303
Gölün içərisində kərpiciyə çalan qırmızı yerlikli, kənarları sürməyi rənglə işlənmiş səkkizləçəkli medalyon vardır. Medal-
yonunmərkəzindəki günəşi xatırladan kiçik ölçülümedalyonun kənarlarındakı rənglər xalçanın ara sahəsinin künclərindəki
yerlikdə və elementlərin rənglərində də təkrarlanır. Medalyonun kənarlarından gölün boşluqlarına doğru açıq-yaşıl, mavi,
sarı, tünd-qəhvəyi, ağ rənglərlə işlənmiş güllü-çiçəkli, yarpaqlı budaqlar şaxələnir. Güllərin və yarpaqların kənarları sürməyi,
mavi, ağ, sarı, açıq-yaşıl “su”larla tamamlanır.
Gölün dalğavari çıxıntıları mavi, ağ zolaqlarla işlənmişdir. Zolaqlar daxildən sürməyi, xaricdən isə qırmızı “su”larla əhatə
olunub.
Xalçanın kərpiciyə çalan qırmızı yerlikli ana haşiyəsi kiçik ölçülü, çiçəkli ağac motivləri ilə bəzədilmişdir. Ağacların ara-
sındakı boşluqlarda gül-çiçək çələngini xatırladan nəbati elementlər vardır. Bu elementlər mavi, ağ, yaşıl, sürməyi rənglərlə
işlənib.
Ana haşiyədəki ağacların aşağı hissəsinin sağ və solundan şaxələnən sarı çiçəkli və açıq-yaşıl yarpaqlı budaqlar haşiyəni
daha da canlandırır. Ana haşiyə hər iki tərəfdən zəncirvari düzülüşlü gül-çiçək motivləri işlənmiş sarı yerlikli bala haşiyə
ilə əhatə olunub. Haşiyələrdəki gül-çiçəklər ağ, qırmızı, mavi; budaqlar və yarpaqlar isə qəhvəyi, yaşıl rənglərlə işlənib. Gül-
çiçəklərin, yarpaqların kənarları sürməyi, qırmızı “su”larla tamamlanır.
Xalçanın yaşıl yerlikli ensiz haşiyələri dörd, beş, altıləçəkli gül və çiçəklərlə bəzədilib. Gül və çiçəklər qırmızı, sarı, mavi,
ağ, qəhvəyi rənglərlə, budaqlar isə sürməyi rənglə tərtib edilib.
Xalçanın ara sahəsini əhatə edən yaşıl yerlikli haşiyə daxildən, xarici yaşıl yerlikli haşiyə isə xaricdən içərisində qırmızı
çiçək və yaşıl yarpaqlarla bəzədilmiş mavi yerlikli mədaxillərlə əhatə olunub. Mədaxillərdəki güllər və yarpaqlar dalğa-
vari formada işlənmiş yarpağabənzər motivlərin arasında yerləşdirilib. Yarpağabənzər motivlər ağ rənglə, kənarlarındakı
“su”lar isə qırmızı rənglə işlənib. Daxili mavi yerlikli mədaxilin kənarları xaricdən qırmızı, ağ; daxildən sarı; xarici mavi
yerlikli mədaxil isə daxildən qırmızı, ağ; xaricdən isə sarı, sürməyi “su”larla tamamlanır.
Xalçanın kənarları hər tərəfdən qırmızı zolaqlarla əhatə olunub.
Çox zəngin rəng tərtibatına malik olan bu xalçada on dörd rəng çalarından istifadə edilib.
Əla vəziyyətdə saxlanılan bu xalçanın xovu yun, əriş və arğacı isə pambıqdır. Xalçanın cüzi hissələrində təmir işləri apa-
rılıb.
Xalça tarixi, bədii, elmi əhəmiyyətə malikdir.
1...,293,294,295,296,297,298,299,300,301,302 304,305,306,307,308,309,310,311,312,313,...362