337
qəhvəyi, zoğalı, sarı, açıq-qırmızı, çəhrayı, mavi, qara rənglərlə işlənmiş dörd, beş
və səkkizləçəkli gül, yarpaq, buta, “ox” işarəli, “Qayçı balıq” və rombvari elementlər
təsvir edilmişdir.
Gölün kənarları daxildən qara rəngli “su”larla ,xaricdən isə sumağı, şəkəri rəngli
qarmaqlarla əhatə olunub. Qarmaqlı elementlərin kənarları qara rəngli “su”larla ta-
mamlanır. Gölün kənarları xaricdən, sağ və soldan kiçik ölçülü, cüzi nəzərəçarpan
ziqzaqşəkilli elementlər işlənmiş sürməyi yerlikli zolaqlarla əhatə olunub. Gölün yu-
xarı və aşağı hissələrindəki zolaqlarda kiçik ölçülü, cüzi nəzərəçarpan “dörd ünsür”
motivləri işlənmişdir. Gölün yuxarı hissəsində olan zolaqlardakı motivlər mavi, sarı
rənglə, aşağı, sağ, sol hissələrdə olanmotivlər isə sürməyi və sarı rənglərlə işlənmişdir.
Xalçanın yuxarı, aşağı künclərindəki motivlərin və yerliyin rəngi dördbucaqlı
medalyonun yerliyi və motivlərin rəngi ilə eynidir. Xalçanın sürməyi yerlikli ana
haşiyəsi toxucuların və sənətşünasların “Çayniknişan” adlandırdığı elementlərlə
bəzədilmişdir. Bu elementlər stilləşmiş “Bağa” kimi də yozulur. Ana haşiyənin boş-
luqları bitki və buta motivləri ilə doldurulmuşdur. Xalçanın ana haşiyəsini hər iki
tərəfdən çiçəklərlə bəzədilmiş, zəncirvari formada düzülmüş budaqlar işlənmiş
şəkəri yerlikli haşiyələr əhatə edir. Budaqlardakı güllər qəhvəyi, yaşıl, sürməyi,
tünd-qırmızı, çəhrayı, budaqlar isə qəhvəyi rənglə tərtib edilmişdir. Bala haşiyələrin
kənarları qırmızı “su”larla tamamlanır.
Xalçanın kənarlarındakı və ara sahənin xaricindəki sürməyi rəngli zolaqlar ümumi
kompozisiyanı tamamlayır.
Xalçada şəkəri, qırmızı və sürməyi rənglər çoxluq təşkil edir. Qalan rənglər isə
nisbətən az işlədilmişdir. Mürəkkəb şəkildə paylaşdırılmış rəng zənginliyi xalçanın
bədii keyfiyyətini yüksəldir. Fonun aparıcı rol oynayan rənginin enerjisi kompozisi-
yanın əsas elementlərinin rəngi ilə sakitləşdirilir.
Xalçada rəng tarazlığı yüksək peşəkarlıqla saxlanılmış, istər uzaq, istərsə də yaxın
məsafədən bir-birinə qarşılıqlı nüfuz təsiri yaradılmışdır. Xalçanın rəng tərtibatında
ənənəvi kolorit prinsipinə əməl edilməklə, rəng çalarlarının seçilməsində sərbəstlik
müşahidə olunur ki, bu da Təbriz qrupuna aid olan xalçalar üçün xarakterik olan
xüsusiyyətlərdən biridir.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır. Saxlanma vəziyyəti əladır.
Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,327,328,329,330,331,332,333,334,335,336 338,339,340,341,342,343,344,345,346,347,...362