84
Qaşqayların özünəməxsus həm xalça (xovlu), həm
də kilim (xovsuz) toxuma texnologiyası vardır. Xal-
çalarda olduğu kimi, kilimlərdə də şux rənglərdən
istifadə edilir. Qaşqay kilimlərinin əsas əlaməti kili-
min hər iki başında zəncirvari naxışın toxunmasıdır.
Şiraz kilimlərində də bu xüsusiyyəti görmək olar. Bu
kilimdəki naxışlara Şirvanda, Dağıstanda, Qazaxda,
Qarabağda toxunan kilimlərdə də rast gəlmək olar.
Naxışlar eynilik təşkil etsə də, rənglər tamam fərqli,
hər bölgənin öz təbiətinə uyğundur. Sıxlığına görə isə
qaşqay kilimləri Bakı qrupuna aid Xızı kilimləri ilə ox-
şardır.
Kilimlərin ölçüsü xalçalara nisbətən daha böyük
olub. Kilimlər, əsasən, alaçığın daxili bəzəyini təşkil
etmiş, daha çox örtük kimi istifadə edilmişdir.
Kilimin bədii quruluşu ara sahədən və haşiyə
hissəsindən ibarətdir.
Sarı yerlikli ara sahə maili istiqamətdə düz xətt bo-
yunca, müxtəlif rəng çalarlarında bir-birinin ardınca
düzülmüş rombvari elementlərlə bəzədilib. Rombva-
ri elementlərin kənarları “pillə” formalıdır. Hər bir
cərgədəki romblar iç-içə, üç müxtəlif rənglə təsvir edil-
mişdir. Hər bir rombun mərkəzində isə müxtəlif rəngli
kiçik ölçülü dördbucaqlı ele­ment təsvir edilmişdir.
Hər bir cərgəni təşkil edən bu romb düzümü sürməyi,
ağ, qırmızı, yaşıl, qara, açıq-qəhvəyi, tünd-qəhvəyi,
mavi, sarı rənglərdə tərtib edilərək, kompozisiyanın
əsasını təşkil edir.
Maili istiqamətdə toxunan romblardan başqa, kili-
min sağ və sol hissələrində nisbətən kiçik ölçülü romb-
vari və xaçvari “dörd ünsür”elementlər işlənmişdir.
Kilimin sol hissəsində yarımçıq formalı, açıq-qəhvəyi,
ağ, sürməyi, sarı rənglərlə işlənmiş romb təsvir edilib.
1...,74,75,76,77,78,79,80,81,82,83 85,86,87,88,89,90,91,92,93,94,...362