88
Bu tip xalçalar rəssam çeşnisi üzrə deyil, toxucuların yaddaşı əsasında toxunur-
du. Burada olan naxışlar qədimAzərbaycan xalçalarında rast gəlinən elementlərlə
eynidir. Bu cür naxış kompozisiyalarına Salmas, Xoy, Maku bölgələrində olan
xalçalarda çox rast gəlinir. XVI əsrdə müəyyən tarixi şərait üzündən bu xalça-
lar Osmanlı dövlətinə də yayılmışdır. Bunun nəticəsi olaraq, sonralar Türkiyə
ərazisində adı çəkilən bölgələrə məxsus xalça kompozisiyaları əsasında toxun-
muş xalçalar meydana gəldi. Amma Osmanlı toxucuları da rəng çalarlarında,
naxışlarda dəyişiklik edərək, bu kompozisiyaları yeni şəraitə uyğunlaşdırmağı
bacarmışlar. Bu tip xalçaların kompozisiya zənginliyi və naxış mütənasibliyi xal-
çanı daha böyük ölçüdə toxumağa imkan verir.
Xalça “Ləçək-turunc“ kompozisiyası əsasında toxunmuşdur.
Xalçanın bədii quruluşu ara sahə və haşiyələrdən ibarətdir.
Ara sahənin qırmızı yerliyində şəkəri, qırmızı, bənövşəyi, göy, qəhvəyi rənglərlə
işlənmiş səkkizguşəli medalyon yerləşdirilmişdir. Medalyon onləçəkli gül, yar-
paq və ya “balıq” adlanan elementlər, kiçik güllər və “qazayağı” elementləri ilə
zənginləşdirilmişdir.
1...,78,79,80,81,82,83,84,85,86,87 89,90,91,92,93,94,95,96,97,98,...362