93
Sürməyi yerlikli ara sahəni sağ və sol hissələrdən “keçirtmə” adlanan elementlər əhatə edir. Bu elementlərə qədim saxsı
qabların üzərində də rast gəlmək mümkündür.
Qarmaqlı damğa elementləri üç müxtəlif rənglə, qarmaqsız damğa elementləri isə bir, iki və bəzi yerlərdə üç müxtəlif
rənglə işlənmişdir.
Sürməyi yerlikli ara sahəni sağ, sol, aşağı hissədən şəkəri rəngli, yuxarı hissədən isə sarı rəngli üçbucaqlar və ara sahədə
təsvir olunan rombvari elementlərin ikidə bir hissəsi əhatə edir.
Kilimin ana haşiyəsi ağ və sürməyi rəngli “mollabaşı” elementləri ilə tərtib edilmişdir. “Mollabaşı” elementlərini qırmızı,
qəhvəyi rəngli “dilikli” elementlər əhatə edir. Bu tipli elementlərə Quba qrupuna daxil olan xalçalarda da təsadüf edilir. Bir
çox bölgələrdə, o cümlədən Qazax və Gəncədə bu elementlər “çömçə” adlandırılır.
Kilimin yuxarı və aşağı hissələrində mavi, qırmızı, yaşıl, qəhvəyi, sürməyi rəngli “su”lar, ağ, qəhvəyi və mavi rəngli
dördbucaqlı elementlərlə bəzədilmiş zolaqlar təsvir edilmişdir. Bu zolaqlar “zili” xovsuz xalçaların naxış tərtibatında tətbiq
edilir.
Kilimin rəng palitrası digər xalçalardan fərqlidir. Xalçanın orijinal rəng uzlaşması onun bədii keyfiyyətini yüksəldir.
Rənglərin paylaşdırılmasında qanunauyğunluq müşahidə olunur. Xalçada ara sahənin rənglərinin şuxluğu xoş əhvali-
ruhiyyə yaradır. Haşiyədəki isti və soyuq rənglərin parlaqlığı və şuxluğu isə ara sahənin kompozisiyasını tamamlayır.
Keyfiyyətli yundan, təbii boyalarla boyanmış iplərdən yüksək sıxlıqda toxunan kilimdə yeddi rəngin bütün çalarlarını
görmək olar.
Kilimin aşağı və yuxarı hissəsində şəkəri rəngli saçaqlar vardır. Saxlanma vəziyyəti əladır. Tarixi, bədii, elmi əhəmiyyətə
malikdir. Kilimin əriş və arğacı yundur.
1...,83,84,85,86,87,88,89,90,91,92 94,95,96,97,98,99,100,101,102,103,...362